")
Ərrəhman
Olayların İdrakinde İnsaf

″Ərrəhman″ sözündə iki incə məna mövcuddur:
Biri rəhmətinin genişliyi və digəri isə rəhməti qayda ilədir. Allah bu iki xüsusiyyətə malikdir: Onun rəhməti həm genişdir və həmçinin nizamladır. Aləmin bütün hissələri hətta axirət və dünya biri-birlərinə bağlıdır və bütün aləmlər nemət içində qərq olubdur. Bizim əgər varlıq və vücud aləminin bir aləm olmasınıa əqidəmiz olarsa, daha eliyə bilmərik dünya və axirəti ayırı bilək, bəlkə dünya və axirət bu həyatın (vücudun) hissəsidir və biri-birinə birləşərək ümümi bir həyat və vücudu təşkil edirlər. Biz xəyal edirik ki, dünya axirətdən ayrıdır və fikirləşirik ki, əgər Allah dünyada əzab göndərərsə daha axirətdə əzab verməyəcək və əgər dünyada bir şəxsə rəhm etməsə axirətdə rəhm edəcək. Dünya və axirətin fərqi bundan ibarətdir ki, dünyada xeyir (yaxşılıq), şərr, xoşbəxtlik, qəddarlıq, nemət və intiqam qarışıqdır, amma axirət belə deyil. Axirətdə işlər ayrıdırlar; xoşbəxtlik, rəhmsizlik, nemət, cəza vermə, yaxşılıq və şərr (zərər) hamısı ayrıdır. Ondan əlavə var-dövlət, xoşbəxtlik və rəhmsizliyin sahibləri də (yiyələri) biri-birindən ayrıdırlar. Bununla belə dünya və axirət iki ayrı aləm deyillər. Bizim axirətimiz hal-hazırdada bərpa olunubdur, sən əgər hal-hazırda düzgün bir adamsansa mənası budur ki, sənin axirətin abad və yaxşıdır və elə indidə xoşbəxtlikdə yaşayırsan, amma mümkündür onun həqiqəti hələ sənə aşkar olmasın və ölümdən sonra onu görüb dərk edəsən. «الدنیا مزرعة الآخرة» ″dünya axirətin əkinəcək yeridir″ əkmək yığmaqın müqəddiməsidir.