")
Imam Sadiq(ə)

İmam Cəfər Sadiqin (ə) həyatına bir nəzər

İslam ümməti Rəbiül-əvvəlin on yeddisi İslam peyğəmbərinin (s) doğumunun yüz otuz altıncı ilddönümü bayram mərasimi keçirirdi. Həmin halda risalət evində şadlıq və sevinc dalğaları cərəyan edirdi. Bu ev kəramət və iftixarın ona nazil olması intizarında idi ki, onun üstünlüyünə bir qədər də üstünlük və əzəmət əlavə eləsin.

Həmin gecə və mübarək fəzada bir övlad dünyaya göz açdı ki, asiman onun səxavətini yer əhlinə bəxş eləsin və onun parıltısından nurlansın və öz yolunu onun parlaq nuru altında xeyir, yaxşılıq və səadətə doğru tapsın.

Onun dünyaya gəlişi Peyğəmbərin (s) hicrətinin səksən üçüncü ili (1) Rəbiül-əvvəl ayında və onun on yeddinsində olmuşdu. Amma bəzi tarixçi və təzkirə yazanlar o həzrətin hicri səksəninci ildə dünyaya gəlməsini qeyd etmişlər. (2) O, hicri yüz qırx səkkinci ilin Şəvval ayında dünyasını dəyişmişdir. (3) O həzrətin həyatda olduğu müddət səksən beş ildən ibarətdir. (4)

Dünyaya gəlməsindən vəfat etdiyi zamana qədər bu böyük şəxsiyyətin dövründə Əməvi xəlifələrindən on nəfəri – Əbdülməlik ibn Mərvan, Vəlid ibn Əbdülməlik (Birinci Vəlid), Süleyman ibn Əbdülməlik, Ömər ibn Əbdüləziz (İkinci Yezid), Hişam ibn Əbdülməlik, Vəlid ibn Yezid (İkinci Vəlid), Yezid ibn Vəlid (Üçüncü Yezid), İbrahim ibn Vəlid, Mərvan ibn Məhəmmədi – və Abbasi xəlifələrindən ikisi–Əbülabbas Abdullah ibn Məhəmməd ("Səffah" ləqəbi ilə məşhurdur) və Əbu Cəfər ibn Məhəmməd ("Mənsur" ləqəbi ilə tanınır) müsəlmanlar üzərində hakimiyyətə malik olmuşlar.

İmam Sadiqin (ə) imamətinin başlanğıcı Hişam ibn Əbdülməlikin hakimiyyəti və onun sona çatması, həmçinin, Əbu Cəfər Mənsurun (Mənsur Billah) – "Dəvaniqi" ləqəbi ilə məşhurdur – hakimiyyətinin on ikinci ilinə təsədüf edir. O həzrətin qəbri ata-babaların da dəfn edilmiş olduğu Bəqi qəbirsanlığındadır.

İmam Sadiqin (ə) şagirdlərinin dörd min nəfər olduğunu qeyd etmişlər və bu rəqəmdə məqsəd onların hamısının bütün gün həzrətin yanında hazır olması deyil, əksinə xüsusi və ayrıca olaraq ondan elm öyrənmələridir. "Kəşful-ğummə" kitabının müəllifi yazır kı, çoxlu sayda tabein o həzrətdən hədislər nəql etmişlər, o cümlədən, Yəhya ibn Səid Ənsari, Əyyub Səxtiyani, Əban ibn Təğləb, Əbu Əmr ibn Əla və Yezid ibn Abdullahı misal göstərmək olar. Həmçinin, Malik ibn Ənəs, Şöbət ibn Həccac, Süfyan Suri, İbn Cərih, Abdullah ibn Əmr, Ruh ibn Qasim, Süfyan ibn Üyəynə, Süleyman ibn Bilal, İsmayıl ibn Cəfər, Hatəm ibn İsmayıl, Əbdüləziz ibn Muxtar, Vəhəb ibn Xalid və İbrahim ibn Təhmanın o həzrətdən rəvayətləri vardır. (5)

Bu haqda əhəmiyyətli olması nəzərə çarpan məsələ imam Sadiq (ə) dövrünün İslam tarixinin ən fırtınalı dövrü olmasıdır. Belə ki, bir tərəfdən, müxtəlif qrupların, xüsusən də, imam Hüseynin (ə) intiqamını almaq istəyənlərin bir-birinin ardınca olan inqilab və iğtişaşları baş verirdi və Əbu Səlmənin Kufədə və Əbu Müslimin Xorasan və İrandakı inqilabları ən mühüm inqilablardan idi, digər tərəfdən, məktəblərin, ideologiyaların bir-biri ilə qarşı-qarşıya durduğu, müxtəlif fəlsəfi və kəlami (sxolastik) məktəblərin ziddiyyət təşkil etdiyi dövr idi və o, müsəlman ümmətinin fəth edilmiş ölkələrin əhalisi ilə münasibətləri və islami mərkəzlərin xarici aləmlə (qeyri-islami ölkələrlə) rabitəsindən meydana gəlmiş və müsəlmanlarda tədqiqat və dərketmə məsələlərinə qarşı maraq və həyacan oyatmışdı.

İmam Cəfər Sadiqin (ə) əxlaq və həyat tərzi

İmam Cəfər Sadiq (ə) Əhli-beytin (ə) böyük şəxsiyyətlərindəndir. O, hədsiz elm, çoxlu ibadət, daimi zikr, aşkar zöhd sahib idi və Quranı çoxlu tilavət edərdi. Quranın məna dəryasını diqqətlə araşdırar və ondan qiymətli gövhərlər çıxarar və qeyri-adi nəticələr əldə edərdi. İbadətlərin yerinə yetirilməsi üçün vaxtlarını müxtəlif şəkildə bölər və həmin vaxtlar barəsində özündən hesab çəkərdi. Onu görmək insana axirəti xatırladar və onun söhbətlərinə qulaq asmaq dünyaya nisbətdə insanın səbirli olmasına səbəb olardı. Dini qrup və alimlərin böyüklərindən Yəhya ibn Səid Ənsari, İbn Cəruh, Malik ibn Ənəs, Süfyan Suri, İbn Üyəynə, Əbu Hənifə, Şöbə, Səcistani kimi şəxsiyyətlər və başqaları o həzrətdən hədis nəql etmiş və onun elmindən bəhrələnmiş, eyni zamanda, o həzrətdən faydalanmağı özləri üçün iftixar hesab etmiş və şərəfə nail olmaq saymışlar.

Aşağıda qeyd etdiklərimiz o həzrətin fəzilət, əxlaq və elm dəryasının bir damlasına sadəcə bir işarədir.

İmam Sadiqin (ə) ibadət və itaəti

Maliki məzhəbinin rəhbəri Malik bu haqda belə yazır: "Cəfər (ə) bu üç xislətdən birindən xaric deyildi: Ya namaz qılır, ya oruc tutur, ya da Quran oxuyurdu." (5)

Başqa bir yerdə də belə demişdir: "Heç bir göz görməmiş, heç bir qulaq eşitməmiş və heç bir kəsin zehnindən də elm, ibadət və təqvada Cəfər ibn Məhəmməd Sadiqdən (ə) üstün birinin olması keçməmişdir." (7)

O həzrətin müasirlərindən biri nəql edir ki, Əba Əbdillah Sadiqi (ə) Məscidun-Nəbidə səcdə halında gördüm. O həzrətin səcdəsi uzun çəkdiyindən, öz-özümə dedim ki, imam səcdədə olduğu müddətdə mən də zikr deməklə məşğul olum. Sonra zikr deməklə məşğul oldum. Mən üç yüz altmış dəfə "Subhanə Rəbbi və bihəmdih" və "Əstəğfiru Rəbbi və ətubu iləyh" zikrini dedyib qurtardıqdan sonra o həzrət səcdədən başını qaldırdı. (8)

İmamın insani (humanist) rəftarı

Həqiqətdə imam Sadiqin (ə) humanist baxışı İslamın insanlığa müxtəlif qəlib və məfhumlardakı humanist yanaşmasından qaynaqlanır. Möhkəm qayalar imamın insanlığa sevgisi və onların hüquqlarına dəyər verməsi müqabilində parçalanır, ulduzlarla və ağaclar onun qarşısında səcdəyə düşür. Aşağıda imamın düşüncə və nəzərinə bir neçə nümunəni qeyd etməklə kifayətlənirik:

1. İmam və camaatın iqtisadiyyatında qara bazarın yaradılması

İmam qulamlarından olan Musadifə min dinar pul verdi və ona buyurdu: " Misirə ticarət səfəri üçün getməyə hazırlaş, çünki mənim ailə üzvlərimin sayı çoxdur və onların xərclərini bu yolla təmin etmək istəyirəm."Musadif səfər əşyalarını hazırladı və tacirlərlə birlikdə Misirə yollandı.Onlar şəhərə yaxınlaşdıqları zaman şəhərdən kənarda bir ticarət karvanı ilə qarşılaşdılar və onlardan gətirdikləri malların Misirdə olub-olmaması və vəziyyəti barədə maraqlandılar. Karvandakılar cavab verdilər ki, Misirdə belə mallar yoxdur. Bu zaman onlar bir-birləri ilə əlbir olub and içdilər ki, mallarını öz dəyərindən iki dəfə baha qiymətə satsınlar. Onlar öz mallarını Misirdə satdıqdan sonra əldə etdikləri gəliri götürüb Mədinəyə qayıtdılar.

Müsadif imamın yanına gəldi. Onun əlində iki dənə pul kisəsi vardı və hər birinin içinə min dinar pul qoyulmuşdu. O, imam belə dedi: "Sizə fəda olum, bu kisənin biri sizin sərmayəniz, digəri də onun qazancıdır." İmam buyurdu: "Bu qazanc həddən artıq çoxdur, siz aldığınız malları nə etdiniz?" Müsadif öz ticarəti ilə bağlı macəranı o həzrətə danışdı. İmam onun sözlərini eşitdikdə, buyurdu:

"Subhanəllah! Siz müsəlman qövmə qarşı bir-birinizlə and iççdiniz ki, hər bir dinarın müqabilində bir dinar qazanc əldə etmək şərti ilə malları onlara satacaqsınız?!"

Daha sonra pul kisələrindən birini götürüb buyurdu: "Bu mənim sərmayəmdir və bizim o qazanca ehtiyacımız yoxdur!"

Sonra isə belə buyurdu:

مجاَلدةُ السّيوف أهونٌ من طلبِ الحلال

"Ey Müsadif! Qılınc çalmaq halal ruzi əldə etməkdən daha asandır!" (9)

2. Hətta müşrik olsa belə, insanın ehtiramına riayət edilməsi

İmamın bir dostu vardı ki, heç zaman o həzrətdən ayrılmazdı. Bir gün onun öz qulamına acığı tutdu və onu söyərək belə dedi: Harada idin ey zinakarın oğlu! İmam bu sözləri eşidən kimi əlini yuxarı qaldırıb alnına vurdu və buyurdu:

"Subhanəllah (Allah bütün eyib və nöqsanlardan pak və uzaqdır)! Sən onun anasına töhmət vurursan?! Mən səni təqvalı bir şəxs bilirdim." Həmin şəxs dedi: "Sizə fəda olum, bu qulamın anası müşrik kənizdir."

Həzrət cavab verdi: "Hər bir ümmətin özünəməxsus nikah qaydası olduğunu bilmirsənmi?"

Həzrət daha sonra həmin şəxsdən ayrıldı və ömrünün sonuna qədər bir daha o həzrəti o şəxslə birlikdə görmədilər.

3. Hakimlərin camaatla ayaqlaşması (bərabər olması)

İmam Sadiqin (ə) səhabələrindən biri belə nəql edir: "Mədinə əhalisi qıtlıq və bahaçılığa düçar omuşdu, hətta varlılar belə buğda ununu arpa ununa qarışdırıb istifadə edirdilər. İmamın da özünə yetəcək qədər yaxşı azuqəsi vardı və onu ilin əvvəlində hazırlamışdı. O həzrət qulamlarından birinə buyurdu:

"Bizim üçün arpa unu al və onu bizdəki buğda unu ilə qarışdır, ya da onu (buğda ununu) sat, çünki biz camaat yzxşı yemək yeyə bilmədiyi halda, özümüzün yaxşı yeməklərdən istifadə etməyimizi xoşlamırıq.""

İmam Sadiqin (s) səbir və mehribanlığı

O həzrət kimdənsə özünə qarşı nalayiq sözlər eşitsəydi, namaz qıldığı yerə gedər, çoxlu səcdə və rukular edər və çoxlu ağlayar və Allahdan ona nalayiq sözlər deyən və söyüş söyən şəxsin bağışlanmasını diləyərdi. Əgər nalayiq sözlər deyən o həzrətin qohumlarından olsaydı, ona pul verərək onunla münasibətini düzəldər, ona lütf və bəxşişlərini artıraraq belə buyurardı: "Mən istəyirəm ki, Allah öz qohumlarım məndən ehtiyacsız olmamışdan qabaq mənim onlar müqabilində boynumu aşağı əyərək onlara tərəf tələsdiyimi bilsin (və ya görsün)."

Ey mənim mövlam! Həqiqətən də, siz necə də əzəmətli və səbirlisiniz! Necə də böyük ruh, geniş qəlb və gözəl və bəyənilən əxlaqa maliksiniz!

O həzrət öz ailəsinə dama çıxmaqda pilləkanların yerinə nərdivandan istifadə etməyi qadağan etmişdi. Bir gün evə daxil olduqda, gördü ki, onun uşağını saxlamaqla məşğul olan kənizlərindən biri nərdivanın üstündədir və uşaq da onun qucağındadır. Kənizin gözləri imama sataşdıqda, qorxdu və dizləri əsdi və uşaq onun əlindən yerə düşüb öldü.

İmamın siması haldan-hala düşərək dəyişdi və o həzrət öz yerinə (otağına) getdi. Həzrətin simasının dəyişmə səbəbini soruşduqda, buyurdu: "Mənim sifətimin haldan-hala düşməsi uşağın ölməsinə görə deyil, əksinə içəri daxil olduğumda kənizin məni görüb məndən həddən artıq qorxmasına görədir." İmam kənizi qorxub ürkən halda gördükdə, ona buyurdu: "Sən Allaha xatir azadsan! Sən Allaha xatir azadsan!"

Məkkə və Mədinə arasında gediş-gəliş edən hacılardan bəzisi, Məscidun-Nəbidə yatmağı başqa yeri yatmaq üçün kirayə etməkdən üstün tuturdular. Bir dəfə onlardan biri yatmışdı və imam Sadiq (ə) onun kənarında namaz qılırdı. O, yuxudan oyandıqda, pul kisəsinin yanında olmadığını anladı və gözlənilmədən tanımadığı üçün imam etiraz etdi və dedi ki, sən mənim pul kisəmi oğurlamısan!

İmam soruşdu: "Onun içində nə qədər pul var idi?" Həmin kişi cavab verdi ki, min dinar vardı. İmam onu öz evinə apardı və ona min dinar pul verdi.

Həmin kişi getdi və az bir müddətdən sonra içində min dinar olan pul kisəsini tapdı. Beləliklə, imamdan aldığı pulu qaytarmaq üçün çoxlu üzrxahlıq və bağışlanmaq diləməklə o həzrətin yanına gətirdi. Amma imam pulu götürməkdən imtina edib buyurdu:

"Əllərimdən çıxan şey bir daha mənə qayitmasın!" Həmin şəxs imamın yanından çıxdıqdan sonra camaatdan soruşdu: "Bu şəxs kimdir?" Ona cavab verdilər ki, o, Cəfər ibn Məhəmməddir (ə). Həmin şəxs dedi: "Belə şəxsdən ancaq belə bir rəftarı gözləmək olardı!" (10)

İmamın bəxşiş verməsi və mərdanəliyi

Səid ibn Bəyan deyir: "Bir gün Müfəzzəl ibn Ömər mən və bacımla qarşılaşdı. Biz miras barəsində söhbət və mübahisə edirdik. Müfəzzəl bir saata qədər bizim yanımızda qaldı və sonra dedi: "Gedək bizim evə." Biz onun evinə yollandıq. O, bizə 400 dirhəm ödəməklə aramızda saziş yaratdı. O, həmin pulları öz cibindən verdi və bizim hər birimizdən digəri haqda yazılı kağız aldı. Sonra dedi: " Bilin ki, bu pullar mənim şəxsi pulumdan deyil, əksinə imam Sadiqin (ə) puludur və o, belə buyurmuşdur: Mənim dostlarımdan hansılarınsa bir-biri ilə dava və mübahisə etdiyini görsən, onlar arasında sülh və saziş yarat və mənim pulumdan onlara fidyə ver." Bu pullar Əba Əbdillahın (ə) pulundandır."

Bir nəfər imam Sadiqin (ə) yanına gəlib dedi: "Eşitmişəm ki, siz çox çalışırsınız. Sizin öz dilinizdən bu barədə izah verməyinizi duymaq istəyirəm."

İmam buyurdu: "Bəli, mən göstəriş vermişəm ki, meyvələr yetişdiyi zaman bağın divarlarını uçursunar ki, camaat gəlib onlardan yesin və göstəriş vermişəm ki, qablarda yeməklər qoysunlar və on nəfər gəlib yeməklərdən yesin, onlardan sonra yenə də digər on nəfər gəlib süfrə arxasında əyləşsin. Onların hər biri üçün bir müdd xurma qoyulmuşdur. Eyni zamanda, bu ərazidə yaşayan və gələ bilməyən hər bir xəstə, qoca və yaşlılar üçün də bir müdd xurma aparılmasını tapşırmışam. İşçilər və vəkillərin pulunu ödədikdən sonra, yerdə qalan xurmaları Mədinəyə aparır və orada ehtiyaclı olanların ehtiyacına görə onlar arasında bölüşdürürəm. Bundan sonra mənim üçün 400 dinar pul qalır, halbuki, bu torpaqdan gələn gəlir 4000 dinardır."(11)

O həzrətin seçilmiş səhabələrindən biri olan Hişam ibn Salim nəql edir: "Əba Əbdillahın (ə) adəti belə idi ki, hava qaralıb gecədən bir qədər keçdikdən sonra, içərisində çorək, ət və pul olan bir kisəni götürər və Mədinənin ehtiyaclı şəxslərinə tərəf yollanar və kisənin içindəkiləri onlar arasında bölüşdürərdi və onların heç biri o həzrəti tanımırdılar.

Elə ki, o həzrət dünyasını dəyişdi, ehtiyaclı və möhtac şəxslər gördülər ki, gecə onlara verilən pul, çörək və ətdən bir xəbər yoxdur. Bu zaman onlar həmin şəxsin kim olduğunu başa düşdülər." (12)

İmam Sadiqin (ə) evinin qapıçısı olan Müsadif belə nəql edir: "Məkkə və Mədinə arasındakı yolda o həzrətlə birlikdə idim. Biz ağacın altında oturmuş bir şəxslə rastlaşdıq.Həzrət buyurdu: " Öz yolunu bu şəxsə tərəf yönəlt, mən qorxuram ki, o susuz bir şəxs olar." Biz yolumuzu həmin şəxsə tərəf dəyişdik. Onun məsihi və uzun saçlarının olduğunu gördük. İmam ondan soruşdu: "Sən susuzsanmı?" Həmin şəxs cavab verdi ki, bəli. Sonra imam mənə buyurdu: "Miniyindən düş və ona su ver." Mən də ona su verdim. Yol əsnasında o həzrətə dedim: "O şəxs məsihi idi, siz bir məsihi üçün də iş görürsünüz?!" Həzrət buyurdu: "Əgər belə bir halda olsa, bəli!""

İmam Əbu Cəfər Xəşəmi ilə – o həzrətin mötəbər ravilərindəndir – Bəni-Haşimdən olan əmisi oğlanlarından biri üçün pul kisəsi göndərdi və Əbu Cəfər Xəşəmiyə buyurdu: "Bu sirri özündə saxla və heç kimə açma!" Əbu Cəfər Xəşəmi həmin haşiminin yanına gəlib pulu ona verdikdə, o, belə dedi: "Allah bu pulu göndərən şəxsə yaxşı mükafat versin1 Hər il, o, biz' bu miqdarda pul göndərir və biz gələn ilə qədərki xərçlərimizi onunla təmin edirik. Amma Cəfər (imam Sadiq (ə)) malının çox olmasına baxmayaraq, hətta bir dirhəm belə, mənə göndərmir."

O həzrətin əcəli yetişdikdə, buyurdu ki, əmim oğlu Həsən ibn Əli Əftəsə yetmiş dinar pul verin. Bir nəfər o həzrətdən soruşdu:

"Siz qılıncla sizə həmlə edib sizi öldürmək istəyən bir şəxsə pul göndərirsiniz?!" İmam cavabında buyurdu: "Vay olsun sənə! Allahın belə buyurduğunu oxumamısanmı:

وَالَّذِينَ يَصِلُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَن يُوصَلَ وَيَخْشَوْنَ رَبَّهُمْ وَيَخَافُونَ سُوءَالْحِسَابِ

"O kəslər ki, Allahın birləşilməsinə əmr etdiyi şeyə (Allaha, peyğəmbərlərə, qohumlara, əmr sahiblərinə və cəmiyyətə) birləşir, özlərinin Rəbbindən çəkinir və (Qiyamətdəki) hesabın çətinliyindən qorxurlar.""(13)

"Həqiqətən, Allah-taala cənnəti yaratdı və onu ətirli etdi, belə ki, onun ətri min illik məsafədən duyulmaqdadır. Amma onun iyisini valideynin üzünə ağ olanlar və qohumları ilə rabitəsini kəsənlər əsla duymayacaqlar."(14)

İmam insanlara yaxşılıq etmək və mehribanlıq göstərməkdə onlar arasında ayrı-seçkilik etməzdi.Bu cəhətdən istər yaxınlar, istərsə də, uzaq olan kəslər o həzrətin nəzərində bərabər idilər. Beləliklə, imamın gecənin qaranlığında yaxşılıq və ehsan etdiyi və ya Eynu Ziyad xurma bağlarından xurma verdiyi kəslərin hamısı heç də o həzrətin imamətinə etiqadlı olan, onun vilayət və rəhbərliyini qəbul edən kəslər deyildilər. Nəticədə, bütün müsəlmanlarla imam öz imkanı daxilində lütf, məhəbbət və ehsan əsasında rəftar etməyə çalışırdı.

İmamın lütf və mehribanlığının əhatə dairəsi çox geniş idi və hətta zindanda olanların xilas olması barədə də həddən artıq dua edərdi və onlar da zindandan xilas olardılar. Səhabələrindən olan Sudeyr və Əbdürrəhmana dua etmiş və onlar zindandan xilas olmuşdular. Həmçinin, Mənsurun zindanında Bəni-Həsənlə bilikdə giriftar olan Davud Həsəninin anasına Rəcəb ayında yerinə yetirməsi üçün dua, namaz və oruc tutmağı öyrətmişdi və anası onları yerinə yetirmiş və oğlu zindandan nicat tapmışdır. Həmin dua və əməllər "Ümmü Davud" adı ilə məşhurdur.

İmam Sadiqin (ə) Böyük Universiteti

Bəlkə də, tarixdə imam Sadiq (ə) məktəbi kimi bir-birinin ardınca gələn nəsilləri öz təsiri altına salan və özü üsul və düşüncələrini onlara hakim edən və dindar və seçilmiş insanları bir məcmuədə toplayan ideoloji bir məktəbi tapmaq qeyri-mümkündür.

Əgər həmin məktəbdə əldən edilən yenilikləri sadəcə orada təhsil alaraq elm öyrənən şəxslərə şamil etsək, səhvə yol vermiş olarıq. Bu məktəb cəmiyyətdə nailiyyətləri meydana çıxarmış və onun yetişdirdiyi şəxslər tarix və müsəlmanların həyatında dəyişiklik yaratmış və uzun əsrlər boyu davam edən bir mədəniyyət və sivilizasiyanı meydana gətirmişlər.

Tarixdə bu universitetin təfəkkür və ideologiyasından birbaşa olaraq faydalanan şəxslərin sayı dörd min nəfər olaraq qeyd edilmişdir. (15) Bu unuversitetin əhəmiyyəti bizim üçün onun öz dövrünün müsəlmanlarını və indiki zamanımıza qədər onların yolunu davam etdirən müsəlmanları məlumatlandırmaqda ilkin və aparıcı rola malik olduğunu və həqiqi İslam mədəniyyətinin yalnız bu feyz məbəyi olan bulaqdan qaynaqlandığını bildiyimiz zaman məlum olacaq. Bu mənada ki, müsəlmanlar arasında geniş yayılmış mədəniyyətləri araşdırdığımız zaman, onların məsihi və yəhudi düşüncələri və ya onların İslama nüfuz etmiş şəxslərindən və ya yunan və hind fəlsəfi kitablarının ərəb dilinə təcümə edilməsindən, qaynaqlandığını və müsəlmanların öz prinsip və təfəkkürlərini onun əsasında formalaşdırdıqlarını və təməlini qoyduqlarını, həmçinin, olardan təsirləndiyini anlayacağıq.

Beləliklə, imam Sadiq (ə) məktəbindən (ə) başqa, hansısa bir İslam ideoloji məktəbi qalmamışdı ki, həyatın bütün sahələrində öz əsalət vəhdət və prinsipini qoruyub saxlaya bilmiş olsun. Bunun səbəbi, həmin məktəb tərəfdarlarının bu məktəb və onun ideologiyasına tamamilə etimad etməsi idi və həmin etimad o məktəbi və onun xüsusi simasını əsrlər boyu qouyub saxlamağa vadar edirdi. Onlar bu məktəbdə eşitdikləri hansısa bir rəvayəti ağızdan-ağıza ötürürdülər və imamdan bir hədis nəql edən kəslərdən onu yazır və onu yaymaqda xüsusi icazə istəmirdilər.

Məlumunuz olsun ki, İslam mədəniyyətinin –istər şiə olsun, istərsə də, sünni – imam Sadiqin (ə) müasirləri olan əhli-sünnənin dörd məzhəb rəhbərlərinə müsəlmanların istinad etməsinə əsaslandığını görürüksə, həqiqətdə, onların öz dini düşüncə və təfəkkürlərini bu məktəbdən (imam Sadiq (ə) məktəbindən) bəhrələndiyini başa düşürük. İbn Əbil Hədid əhli-sünnənin dördlük təşkil edən məzhəbinin fiqhlə bağlı elminin imam Sadiqə (ə) qayıtdığını sübuta yetirmişdir. Məşhur tarixçi Əbu Nəim İsfahani bu haqda belə yazır:

İmam Sadiqdən (ə) rəvayət nəql edənlər tabeinlər aşağıdakı kimidir: Yəhya ibn Səid Ənsari, Əyyub Səxtiyani, Əban ibn Təğləb, Əbu Əmr ibn Əla, Yezid ibn Əbdullah ibn Hadi. Eyni zamanda, məşur rəhbərlər də o həzrətdən hədis nəql etmişlər.Onlar aşağıdakılardan ibarətdir:

Malik ibn Ənəs, Şöbə Həccac, Süfyan Suri, İbn Cərih, Abdullah ibn Ömər, Ruh ibn Qasim, süfyan ibn Üyeynə, Süleyman ibn Bilal,İsmayıl ibn Cəfər, Hatəm ibn İsmayıl, Əbdüləziz ibn Muxtar, Vəhəb ibn Xalid, İbrahim ibn Təhman və Müslim ibn Həccac öz səhihlərində o həzrətdən nəql etdikləri hədislər barədə söhbət açmışlar. (16)

Təkcə bu mədəsədə elm öyərənənlərdən biri Cabir ibn Həyyandır ki, o, riyaziyyat elmində dünyada məşhurdur və onu riyaziyyat sahəsində böyük elm sahibi hesab edirlər. O, riyaziyyatla bağlı beş yüz traktata malik idi ki, onların hamısını imam Sadiq (ə) ona imla və diktə etmişdi.

İmam Sadiqin (ə) tədris metodu dünyanın ən yeni tədris metod və üslubuna mailk olması ilə məşhurdur. O həzrətin elmi hövzəsi mütəxəssislərin yetişdirilməsi ilə tanınır. Məsələn, Hişam ibn Həkəm teoriylarla bağlı mövzularda ixtisasa malik idi, həmçinin, Zürarə, Məhəmməd ibn Müslim və başqa şəxslər də dini məsələlərdə mütəxəssis idilər. Cabir ibn Həyyan riyaziyyat mütəxəssisi idi. Kimsəo həzrətin yanına elm öyrənmək üçün gəlsəydi, ondan hansı elmi öyərnmək istədiyini soruşardı. Əgər fiqhi öyrənmək istədiyini bildirsə, onu fiqh, əgər təfsir elmini öyrənmək istədiyini söyləsəydi, onu təfsir mütxəsisilərinin yanına göndərərdi və digər elmlərdə də o həzrətin üslubu belə idi.

İmam Sadiqin (ə) yanına gələn şəxslər xüsusi məntəqəvə nahiyələrdən gələnlər deyildi. İmam Sadiq (ə)dövründə İslamın xüsusiyyəti belə idi ki, hər bir evdə elm, mərifət və mədəniyyətin öyrədilməsini tələb edirdi. Belə ki, bir-birinin ardınca müsəlmanların həyata keçirdiyi fəthlər müsəlmanların üzünə müxtəlif insanların yeni-yeni mədəniyyət, yaşayış tərzi, adət və ənənələr qapısını açır və islami düşüncələrin yeni teoriya və əqidələrlə üzləşməsinə səbəb olurdu. Bu yeni qarşılaşma müsəlmanların həyat tərzi, iranlı və rumluların və İslam hökumətinin digər qonşularının adət və ənənələri ilə qaynayıb-qarışması sayəsində yeni bir cəmiyyətin formalaşması və daha dərin və kamil şəkildə yeni vəziyyətin təsiri altına düşməsinə və İslamın yolundan sapmasına səbəb olurdu. Həmin məsələ müsəlman cəmiyyətinin həyatında ziddiyyətlərin yaranmasın gətirib çıxardı və geridə özündən sonra təbii olaraq gözlənilməz və pis nəticələr qoydu.

Bu səbəbdən, həmin dövrün əhalisi elm və bilik öyrənməyə tələsdi və daha çox elm əldə etməkdən ötrü özünü imam Sadiqin (ə) hüzuruna yetirdi. İslam dünyasının müxtəlif ye və məntəqələrindən o həzrətin yanına gəlirdilər və imamın seçdiyi həssas mərkəz onların imamla rabitəsini asanlaşdırırdı. Həmin yer imamın ömrünün çoxunu keçirmiş olduğu və İslam aləminin həssas mərkəzi heab olunan Mədinə şəhəri idi ki, həzrət oranı özünə mərkəz olaraq seçmişdi.

Bundan əvvəl qeyd etmişdik ki, islami fəthlər müsəlmanlarla yenicə müsəlman olmuş kəslər arasında güclü bir qarşıdurmanın yaranmasına səbəb olmuşdur. Müsəlmanlardan çoxu İslam barədə lazımı və möhkəm düşüncə və idraka malik olmadığı üçün bu cür qarşılaşma xoşagəlməz və mənfi nəticələrə gətirib çıxardı və müsəlmanlar iki qrupa bölündülər:

1. Birinci qrup mühafizəkar və qövmi yönlərə malik olan kəslər idilər və onlar yalnız dinin zahiri xüsusiyyətlərini götürərək onun həqiqət və mahiyyətini dərk etməyənlərdən ibarət idi. Onlar öz əql və düşüncələrini həmin meyarlarla əldən vermişdilər. Əşaiədə olduğu kimi, xəvariclər də bu qrupun öndəgedən və qabaqcıllarından idilər.

2. İkinci qrup kəskin və şiddətli şəkildə mövcud vəziyyətdən təsirlənən kəslərdən ibarət idi. Onlar meyarları bi kənara tullayaraq yalnız naqis əqllərinin təmayüllərin ixtilafı və şəraitlərin dəyişməsini nəzərə alaraq onlara təlqin və diktə etdiyi məsələlərlə kifayətlənirdilər. Beləliklə, bu qrup mülhidlədən (dindən çıxmış) və onlardan çox-çox sonra öz yerini mötəzilə və onlara yaxın olan kəslərə vermiş şəxslərdən ibaət idi.

Azlıq təşkil edən bu qrup məlumatları Əbu Hüreyrə və onun timsalındakı şəxslərdən rəvayət olunan hədislərlə məhdudlaşan və onlardakı ixtilaf və ziddiyyətə əsla diqqət yetirməyən kəslərlə münasibətdə idi. Onlar özlərinin haqq oldmasını güman edir və elə düşünürdülər ki, özlərininiçiboş və əsassız iddialarını sübut etməkdə kifayət qədər qüdrətə malik olan kəslərdirlər. Həmin səbəbdən, onlardan hər birinin bir cinah və qrup təşkil edərək camaatı məxfi şəkildə özlərinə tərəf dəvət etdiklərini müşahidə edirik.

Beləliklə, imam Sadiq (ə) bu qrupların müqabilində durmağı və onların batil xəyyallarını aradan qaldırmağı özünə vacib hesab etdi. O həzrət bu hədəfə nail olmaq üçün üç cür məntiqlivə əqli plan cızdı:

a) O, məktəbinin bir hissəsində yunan fəlsəfəsini xüsusi və digə fəlsəfələri ümumi şəkildə öyrənən və islami baxımdan onların dəlil və sübutlarını daha yaxşı tərzdə rədd edən kəslərə ayırdı. Hişam ibn Həkəm, İmran ibn Əymən, Məhəmməd ibn Neman Əhvəl və Hişam ibn Salim və digərləri kimi məşhur şəxslər kəlam (sxolastika) və hikmətdə (fəlsəfədə) elmi şöhrətə malik və islami nəzəri meyarlardan xəbərdar idilər.

b) O həzrət "Tövhidi Müfəzzəl" və "Əhlicə" və sairə kimi əsərlər yazmağa başladı.

c) Qeyri-dini düşüncələri yayanların böyükləri ilə o həzrətin şəxsən elmi münazirələri

İmam Sadiqin (ə) sabitlik və davamiyyəti

İnsan imamın lətif və incə duyğularını müşahidə etdiyi zaman, o həzrətin kiçicik bir sənhə müqabilində gözlərindən necə yaş axmasını, qəlbində məhəbbət oyatdığını və simasında qanın coşduğunu görür və o həzrətin bu qədər mətin və sabitqədəm olmasını hətta uca və hündür dağlarda belə olmadığını başa düşərək həddən artıq təəccüblənir və ondan başqasında belə bir xüsusiyyətin olmasını düşünmür.

İsmayıl o həzrətin böyük oğlu və fəzilət, əql və ibadətlə zinətlənmiş bir cavan idi. İmam onu həddən atrıq çox istəyirdi və hətta camaat elə güman edirdi ki, imamət o həzrətdən sonra İsmayıla çatacaq. İmam onun xəstəliyi zamanı həddən artıq narahat və qəmgin olduğu halda, İsmayıl xəstəlik nəticəsində dünyadan getdiyində, müşahidə etdilər ki, o həzrət İsmayılın vəfatından sonra orada iştirak edənlər üçün süfrə açdırdı və cürbəcür yeməklər gətirdərək digərləini süfrə başına və yemək yeməyə dəvət etdi və artıq onda qəm-kədər əlaməti görünmədi.

Camaat İsmayılın ölümündən sonra imamın həddən artıq ah-nalə edəcəyini gözləyirdi. Bu səbəbdən, təəccüblənərək soruşdular ki, nə üçün imamın vəziyyəti belədir (şadyanadır)?

İmam cavabında buyurdu: "Nə üçün mən qəmli olmalıyam, halbuki, düz danışanların ən doğru danışanı mənim və sizlərin öləcəyindən xəbər vermişdir."

İmamın övladlarından biri boğazında su və ya yeməyin qalması ilə boğuldu və o həzrətin gözü qabağında canını tapşırdı. İmam bu vəziyyəti müşahidə etdiyi zaman ağlamağa başladı və üzünü asimana tutub dedi:

"İlahi, əgər bu uşağı məndən aldınsa, digər uşaqları həyatda saxlamısan, əgər bu məsələdə bizi ətinliyə düçar eləmisənsə, o qədər başqa hallarda bizə rahatçılıq və asudəlik bəxş etmisən."

O həzrət daha sonra uşağı qadınların yanına apardı və onlar bu vəziyyəti müşahidə etdikdə, ah-nalə və şivə n qoparmağa başladılar, amma imam onları and verdi ki, sakit olsunlar. Daha sonra uşağı dəfn eləmək üçün çölə çıxardı və dedi:

"İlahi, sən pak və bütün eyiblərdən uzaqsan, bizim uşaqlarımızı öldürdüyün halda, bizim məhəbbətimiz sənə daha da artır." Uşağı dəfn etdikdən sonra buyurdu:

"Biz elə bir camaatıq ki, Allahdan sevdiyimiz kəslər üçün bəyənilən hadisələr diləyirik, o da, bizim istədiklərimizi bizə verir. Əgər birdən Allah bizim sevdiklərimiz barədə istədiyimiz şeyi bəyənməsə, biz də onun razılığından razı olarıq." (17)

İnsan bilmir ki, bu məsələlərin hansı birindən təəccüb edərək heyrətlənsin – bu qədər müsibətlərin qarşısında imamın qəlbinin möhkəm və qüvvətliliyindənmi, yoxsa, o həzrətin lətif irfani halətindən və davamlı olaraq hüzünlü anında belə Allaha şükür və həmd-səna deməsindənmi, yaxud onun Allaha məhəbbəti və onun hər bir razılıq və istəyi müqabilində razı olmasındanmı, yaxud da qəmli və kədərli halında olduğu anda belə hikmətli və ali sözlər söyləməsi və fəsahət və bəlağətindənmi?!

İmam Sadiqin (ə) əzəmət və böyüklüyü

Adətən, cəmiyyətin böyük və qüdrətli şəxiyyətlərinin əzəmət və böyüklüyü şəxsin özü və ya ətrafındakıların (xidmətçiləri, ailəsi, qohumları, qoşun, hökumət və dövlət) meydana çıxardığı bir məsələdir.

Bu cür əzəmət və böyüklüyün bir şəxs və fərdə aidiyyatı yoxdur. Belə ki, əgər kimsə belə bir şəraitə malik olsa, ya da özü üçün onu meydana çıxarsa, belə bir əzəmətə malik olacaq. Daha yaxşı olar ki, belə bir əzəmət və şövkəti qondarma və qurama adlandıraq.

Bəzən də insan onun ətrafında xidmətçi, tərəfdar, dövlət, hakimiyyət və sair olmasa belə, əzəmət və böyüklüyə malikdir və belə əzəmət və şövkət irqi məsələ deyil, əksinə Allahın istədiyi kəsə onu bəxş etməsidir və belə bir əzəmət xoş əxlaq, üügülər olmaq və təvazökarlıqla aradan getmir. Belə bir əzəmət və böyüklüyü elm və əməlin yanaşı olduğu yerdə görmək olar. Eyni zamand, belə bir əzəmət və böyüklük Allah müqabilində günah etməyən və ibadət hərəminə daxil olan bir şəxsdə müşahdə olunur. Kim dost-tanış, ətrafdakılar, hakimiyyət və sairə olmadan bu cür əzəmətə malik olmaq istəyirsə, zillətli günah libasını əynindən çıxararaq izzətli itaət paltarını geyinməlidir.

Mənsur qondarma və uydurma bir əzəmət və böyüklüyə malik idi. Belə ki, hansı sultan hakimiyyət və qüdrətdə ondan qüvvətli və kimin qoşun və ordusu ondan sayca çox və hansı şəxsin cürət və cəsarəti ondan daha artıq idi? Amma imam Sadiqi (ə) öldürmək niyyətində olan həmin Mənsur imam Sadiqə (ə) nəzər saldıqda, bədəni titrəməyə başladı və öz niyyətindən daşındı.

Müfəzzəl ibn Ömər nəql edir: "Mənsur imam Sadiqi (ə) dəfələrlə qətlə yetirmək istəmişdi, amma imamı hüzuruna çağırtdırıb onu qətlə yetirməyin müqəddiməsini hazırladıqda, bir dəfə imama nəzər salmaqla onun canına qorxu və vahimə düşdü və öz niyyətindən daşındı." (18)

Cəhmiyyə məzhəbində olan Hişam ibn Həkəm imamın məktəbinə qoşulmazdan qabaq, Heyrə çöllüyündə imam Sadiqlə (ə) görüşdü. O, aydın bəyan və iti dilə malik olmasına baxmayaraq, imamı əzəmət və böyüklüyü müqabilində bir qədər sükut elədi və danışmadı. Həmin səbəbdən, hiss elədi ki, imamın əzəmət və böyüklüyü Allahın peyğəmbərlər və övsiyaları (peyğəmbər canişinləri) ondan bəhrələndirdiyi böyüklük kimidir.

Hişam cəhmiyyə məzhəbində olduğu zaman imamın əzəmət və böyüklüyünü necə hiss etmişdisə, kəlam alim olaraq tanındığı gün də onu eynilə hiss elədi. O, Bəsrəyə Əmr ibn Übeydlə imamət barəsində elmi münazirə və mübahisə üçün gedib onunla maraqlı bir elmi bəhs edib qayıtdığı zaman, imam ondan baş verənləri və bəhsin necə həyata keçdiyini danışmasını istədi. Amma Hişam dedi: "Ey Allah Rəsulunun (s) övladı, mən sizdən xəcalət çəkirəm və sizin əzəmət və böyüklüyünüz məni əhatə etdiyindən, sizin hüzurunuzda dilim tutulub."

İbn Əbil-Ovca Allahı tanımayan və kafir bir şəxs olmasına baxmayaraq, bəzən imamın əzəmət və böyüklüyünün təsiri altına düşür və danışa bilmirdi. Bir gün imam Sadiqlə (ə) elmi bəhs eləmək üçün onun yanına gəldi, amma o həzrətin yanında oturduğu zmana, bir qədər sükut elədi. İmam buyurdu: "Nə üçün sakit durmusan və danışmırsan?" İbn Əbil-Ovca dedi:

"Sizin şəxsiyyətinizin əzəmət və böyüklüyü məni öz təsiri altına saldığından, dsizin hüzurunuzda dilim söz tutmur. Əlbəttə, mən çoxlu alimlər görmüş, çoxlu mütəkəllim (sxolast) və filosoflarla elmi bəhslər etmişəm, amma sizin hüzurunuzda böyüklük və əzəmətinizin təsirinə düşdüyüm kimi, heç kimin yanında bu cür təsirə düşməmişəm." (19)

İmam Sadiqin (ə) siyasi fəaliyyəti

Ümumi təsəvvürün əksinə olaraq imam Sadiqin (ə) fəaliyyəti təkcə (onun böyüklük və genişliyinə baxmayaraq,) elmi zəminədə xülasələnmir, əksinə imam siyasi fəaliyyətə də malik idi, amma onun fəaliyyətinin bu yönü çoxları üçün ötrülü qalmışdır. Burada həmin yanlış təsəvvürün əsassız olmasını bildirmək üçün, imam Sadiqin (ə) siyasi fəaliyyətinə aşağıdakı nümunələri misal olaraq gətiririk:

İmam Sadiqin (ə) həyatda olduğu dövrdə mühüm siyasi hərəkatlar, o cümlədən, 122-ci ildə Ələvilərin (Zeyd ibn Əlinin), Məhəmməd ibn Abdullah ibn Həsənin və qardaşı İbrahimin hicri 145-146-cı illərdə qiyamı baş verdi. Abbasilərin hərəkatının ardınca Əməvi hökuməti süqut etdi və Abbasilər hakimiyyət başına gəldilər.

Zəminəsi Abbasi sülasi tərəfindən hələ onlar hakimiyyətə gəlməmişdən qabaq hazırlanmış olan Ələvilərlə Abbasilərin ayrılması o həzrətin zamanında baş verən hadisələrdən idi. Burada hicri birinci əsrin əvvəllərində Ələvilərlə Abbasilərin (birlikdə Haşimilərin) əli ilə meydana gələn mühüm siyasi hadisələrdən müfəssəl və kamil şəkildə söhbət aça bilmərik, amma xatırladılan məsələnin imam Sadiqlə (ə) əlaqədar olan hissəsii izah etməyə çalışacağıq.

1. Şəhid Zeydin qiyamı

Zeyd ibn Əli imam Baqirin (ə) qardaşı idi və imam Baqirin (ə) cəmiyyətdəki elmi baxımından əhəmiyyət daşıması Zeyd və onun inqilabi hərəkatı üçün nəzərə çarpacaq dərəcədə mövqe və şərait yaratdı. O, mühəddislərin sırasında dururdu və Ələvi olduğu səbəbi ilə İraq əhalisinin çoxunun diqqətini cəlb etdi.

İmam Baqir (ə) hicri 114 və ya 117-ci ildə dünyasını dəyişdi və ondan sonra imam Sadiq (ə) altıncı şiə imamı ünvanında diqqət və nəzələri cəlb etməyə başldı. Hicri ikinci əsrin son onilliyində Zeyd Hişam ibn Əbdülməliklə bir sıra sözdə ixtilaf və mübahisələri geridə qoyduqdan sonra, hakim qüdrətin əleyhinə etiraz etmək qərarına gəldi və hicri 122-ci ildə Kufəyə səfərlərinin birində inqilabi bir hərəkətə başladı və iki gündən sonra hərbi toqquşma nəticəsində şəhid oldu. Burada bizim üçün əhəmiyyət daşıyan məsələ imam Sadiqin (ə) Zeydin qiyamını necə qarşılamasıdır.

Rəvayətlərdə Zeydin şiə imamlarının, o cümlədən, imam Baqir (ə) və imam Sadiqin (ə) imamətinə etiqadlı və onların tərəfdarlarından idi. Belə ki, onun bu cür dediyi nəql edilmişdir:

جعفر امامنا في الحلال و الحرام

"Cəfər (ə) halal və haram məsələlərdə bizim imamımızdır." (20)

Eyni zamanda, məsumların rəvayətlərindən də Zeydin şəhid olması və onun qiyamının imamlar tərəfindən təsdiqlənməsi nəticəsini əldə etmək olur. İmam Sadiqdən (ə) nəql edilən bir rəvayətdə belə bildirilir:

رحمه الله، اما أنَّه كان مؤمناً و كان عالما و كان صدوقاً، اما أنّه لو ظفر لوفي، اما أنَّه لو ملك يعرف كيف يُضَعْها

"Allah Zeydə rəhmət eləsin. O, mömin, alim, arif və doğru danışan bir şəxs idi. Əgər qələbə çalsaydı, vəfa edərdi və əgər işlərin idarəsinə hakim olsaydı, onu (hakimiyyəti) kimə tapşıracağını bilirdi." (21)

Bu zəminədə çoxlu rəvayətlər nəql edilmişdir. Nəticədə, bu hərəkatda Əməvilərin – Zeydin nəzərində onlar cahiliyyət simvolu idi – əleyhinə qiyama rəhbərlik etmişdi ki, ondan sonra onun ailəsi islami xilafət üstündə müxaliflərlə səksən il mübarizə aparmışdı. İmam Sadiqdən (ə) nəql edilən bir neçə rəvayətdə onun Kufənin Kənas məhəlləsində şəhadətə çatacağı xəbər veilmişdi. (22) Digər bir hədisdə Zeyddən uzaq olduqlarını bildirən kəslər müqabilində Zeydi dəstəkləmişdir. (23) Hər iki qisimdən olan rəvayətlər əhli-sünnə mənbələrində qeyd edilmişdir.

2. İmam Sadiq (ə) və onun Əbu Səlmənin dəvəti

İmam Sadiqin (ə) ilkin siyasəti mədəni sahədə və öz səhabələrini yetişdirməklə bağlı idi və onlar fiqhi və rəvayi (rəvayətlər) baxımından şiə Cəfəri məzhəbinin əsasını təşkil edirdilər. İmamın həmin dövrdəki vəziyyətə hakim qüdrətin müqabilindəki siyasi təlaşı mövcud hökumətdən narazılıq, onun qeyri-şəri olmaması və imamət və islami rəhbərliyin Peyğəmbər (s) xanədanında olmasını iddia etməklə mhdudlaşırdı. İmam Sadiqin (ə) nəzərində lazimi müqəssiməni hazırlamadan – onun ən əhəmiyyətlisi də mədəni sahədəki fəaliyyət və işlər idi – hökumət əleyhinə hərbi həmlənin nəticəsi məğlubiyyət və məhv olmaqdan başqa bir şey deyildi. Bu mələsəni həyata keçirmək üçün imamətə etiqadlı və  əhatəli  olan bir şiə cərəyanını işə salmaq lazım idi ki, onun əsasında hökumət əleyhinə qiyama başlanılsın və nəticədə qələbənin əldə olunması mümkün olsun. Əks təqdirdə, sadə və tələsik bir addım davam gətirməməklə yanaşı, əksinə fürsət güdənlərin ondan faydalanması ilə nəticələnəcək.

Belə ki, Zeyd ibn Əli və ondan sonra Yəhy ibn Zeydin Xorasanda həyata keçirdiyi hərəkatdan Bəni-Abbas daha çox faydalanaraq özlərini "Ali-Məhəmmədin (ə) razılığı " üçün fəaliyyətə başladıqlarını qələmə verməyə başladılar. Bəni-Abbasın əsil işi "Ali-Məhəmmədin (ə) vəziri" ləqəbi (24) ilə məşhur olan Əbu Səlmə Xilal və Əbu Müslim Xorasani adlı iki şəxsin əli ilə həyata keçirildi. Məlu olduğu kimi, onların özlərinə tərəf camaatı dəvət etməsində əvvəlcə şüarları "Ali-Məhəmmədin (ə) razılığı" idi.

Bu şuardan camaat elə başa düşürdü ki, Peyğəmbərin (s) xanədanından olan bir şəxs, əlbəttə o, Ələvilərdən olmalı idi, hakimiyyətə gələcək. Amma Ələvilərin siyasi zəifliyi və Bəni-Abbasın davamlı siyasi təlaşı səhnə arxasındakı siyasi məsələni Abbasilərin xeyrinə tamamladı. Bununla belə, son günlərə qədər işlərin gedişatı Kufədə Əbu Səlmə xilalın əlində idi və o, Səffah və Mənsura nəzarət edirdi və Əməvilər süqut edən kimi, o, camaatdan Səffah üçün beyət aldı.

Amma bir müddət sonra camaatı Ələvilərə tərəf dəvət etmək və onları Abbasilərin yerinə gətirməklə ittiham edilərək öldürüldü. Macəra belə idi ki, o, imam Sadiq (ə) və Ələvilərdən olan digər iki nəfərə məktub yazaraq onlara meyilli olduğunu və onların qəbul edəcəyi təqdirdə camaatdan onlar üçün beyət almağı bildirmişdi. İmam belə bir dəvətin əsassız olduğundan agah idi, hətta həlledici olsaydı belə, imam vəziyyətin hakimiyyət üçün şiə imamına münasib olduğunu düşünmürdü. İmam Sadiqin (ə) nəzərində Əbu səlmənin dəvəti ciddi şəkildə qəbul edilə bilməzdi. Həmin səbəbdən, imam Sadiq (ə) onun göndərdiyi şəxsə belə buyurdu: "Əbu Səlmə başqa bir şəxsin şiəsidir." (25)

Digər nəqllərdə bildirilmişdir ki, Əbu Səlmə də imam Sadiqə (ə) bu haqda digər bir məktub yazmış və imam ona cavabında belə buyurmuşdu:

ما أنت من رجالي و لا الزَّمان زماني

"Nə sən mənim tərəfdarlarımdansan, nə də zaman mənim zamanım deyil!" (26)

3. Mənsurla rəftar

İmam Sadiqin (ə) ömrünün sonlarının bir hissəsi Mənsurun hakimiyyət dövrünə təsadüf edir. İmam Sadiq (ə) Bəni-Haşim arasında mənəvi bir şəxsiyyət kimi tanınırdı. (27) İmam Mənsurun zamanında elmi baxımdan məşhur idi və çoxlu əhli-sünnə fəqih və mühəddislərinin (hədissöyləyənlər) diqət mərkəzində dayanırdı. Aydın məsələdir ki, Ələvilərə şiddətli şəkildə kin bəsləyən Mənsur imam Sadiqi (ə) nəzarət altında saxlayır və o həzrətin azad yaşamasına imkan vermirdi. İmam Sadiq (ə) da öz ata-babası kimi imamətin (rəhbərliyin) onlara mənsub olması və digərlərinin onlardan qəsb etməsi ilə bağlı öz etiqadını gizləmirdi. Bəzi səhabələrin də o "həzrətə itaətin vacib olması" ilə bağlı rəftarı həmin məsələnin şinin etiqad bəslədiyi möhkəm və tutuarlı məsələlərdən olmasını nişan verir. İmam Sadiq (ə) hədislərin birində belə buyurur:

بْنِي الاسلام علي الخمس، علي الصلاه و الزكاه و الحج و الصوم والولايه، قال زراره: فقلت: أي شيء من ذلك أفضل؟ فقال: الولايه أفضل لأنها مفتاحْهْنُّ والوالي هو الدليل عليهن

"İslam beş sütunla möhkəmlənib: Namaz, zəkat, oruc, həcc və vilayət." Zürarə deyir ki, mən imamdan soruşdum: "Bu beş təməldən hansı daha mühüm və əhəmiyyətlidir?" İmam cavab verdi ki, "vilayət" hamısından daha mühümdür, çünki onlara yetişmək üçün bir vasitə və açardır (həmin göstərişlərin əhatə dairəsi vilayətdə həqiqət tapır). İmam və rəhbər camaatı o əməllərə doğru istiqamətləndirəndir." (28)

Bu rəvayətdə vilayət digər məsələlərin onun əhatə dairəsində reallaşaraq həqiqət tapdığı bir təməl olaraq göstərilmişdir. Bu metod Mənsur üçün həddən artıq təhlükəli idi. Həmin səbəbdən, fürsət gözləyirdi ki, bir bəhanə ilə imamı şəhadətə yetirsin. İbn Ənbə yazır: "Mənsur dəfələrlə o həzəti qətlə yetirmək qərarına gəlmiş və Allah o həzrəti qorumuşdur." (29) İmam Sadiqin (ə) fəaliyyətləri ümdə olaraq gizli şəkildə həyata keçirilirdi və o həzrət davamlı şəkildə öz səhabələrinə Əhli-beytin (ə) sirlərini gizləmək və qorumaq göstərişini verirdi. Bu barədə həddən artıq çox rəvayət nəql edilmişdir. (30)

 

İmam Sadiq (ə) Mənsuun sarayına gedib-gəlməkdən xüsusi hallar istisna olmaqla imtina edir və həmin səbəbdən, Mənsur ona etirazını bildirirdi. (31) Bir gün Mənsur o həzrətdən soruşdu: "Nə üçün siz də digərləri kimi bizim görüşümüzə gəlmirsiniz?" İmam cavabında belə buyurdu:

ليس لنا ما نخافك من أجله و لا عندك من أمر الآخره مانرجوك له ولا أنت في نعمه فنهنّيك و لا تراها نقمه فنعزّيك بها، فما نصنع عندك؟؛

"Biz elə bir iş görməmişik ki, onun səbəbilə səndən qorxaq və sənin yanında axirətlə bağlı bizim ümidvar olacağımız bir şey yoxdur, bu məqam da həqiqətdə sinin üçün bir nemət deyil ki, ona görə sənə təbrik deyək və sən də onu özün üçün bir müsibət hesab etmirsən ki, ona görə sənə təsəlli verək, belə isə sənin yanında nə var?!" (32) İmam bu şəkildə onun hökumətindən narazı olduğunu büruzə verirdi.

4. İmam Sadiq (ə) və Nəfsi Zəkiyyə

İmam Həsənlə (ə) imam Hüseynin (ə) vladları arasında narazılıq və ixtilaflar Abdullah ibn Həsən ibn Həsən öz oğlu Məhəmmədi "Ali-Məhəmmədin (ə) Qaimi" olaraq tanıtdırmağa başladığı zaman meydana çıxdı. (33) Bundan sonra ixtilaf daha da şiddətləndi və əlbəttə, Abbasilər bu ixtilafları şiddətləndirməkdə fəaliyyət göstərirdilər. Səhnə arxasındakı məsələlər barəsindəki məlumatlara istinad edərək Abbasilərin bu müvəqqəti hərəkat sahəsində rola malik olduqlarını söyləmək olar. Deyə bilərik ki, onlar müstəqil şəkildə siyasi hakimiyyət və qüdrətə yiyələnəcəklərinə ümid etmirdilər və Nəfsi-Zəkiyyə hərəkatı sayəsində ortaya çıxan bu miqdardakı qüdrətə razı olurdular. Nəfsi Zəkiyyə ilə Abbasi və Ələvilərin beyət etmə cərəyanını Əbülfərəc İsfahani təfsilatı ilə nəql etmişdir. Onun nəqlinə əsasən, Abbasilərdən Davud ibn Əli, İbrahim Əmam, Saleh ibn Əli, Mənsur və Səffah bu beyətdə iştirak edirdilər. Orada imam Sadiqdən (ə) söhbət düşdükdə, Nəfsi Zəkiyyənin atası Abdullah ibn Həsən dedi:

لا نريد جعفراً لئلاّ يفسد عليكم أمركم

"Burada Cəfərə ehtiyac yoxdur, çünki o, sizin işlərinizi korlayacaq."

İmam Sadiq (ə) onların qiyamı ilə müxalif olduğunu bildirdikdə, Abdullah ibn Həsən həzrətin bu əməlini həsəd etmək kimi yozdu. (34)

Qeyd edilən beyətin heç bir faydası olmadı və Abbasilər hakimiyyətə gəldilər. Sonralar Nəfsi Zəkiyyə öz fəaliyyətinə başladı və hicri 145-ci ildə Mədinədə qiyam etdi. Amma az bir müddətdən sonra Mənsurun qoşunu trəfindən qətlə yetirildi. Onun qardaşı İbrahim də hicri 146-cı ildə Bəsrədə qiyam etdi və o da öldürüldü. Nəfsi Zəkiyyənin Mədinədəki qiyamı zamanı imam Sadiq (ə) Mədinədən çıxdı Mədinə yolundakı Furə məntəqəsindən Məkkəyə yollandı və macəra sona yetdikdən sonra Mədinəyə qayıtdı. (35) Ondan qabaq da Mənsur imam Sadiqə (ə) Abdullah ibn Həsən və onun övladlarının fitnə törətməsi barədə şikayət etmişdi. İmam Sadiq (ə) onlarla özü arasındakı ixtilafı ona xatırladaraq aşağıdakı ayəyə işarə etdi:

لَئِنْ أُخْرِجُوا لَا يَخْرُجُونَ مَعَهُمْ وَلَئِن قُوتِلُوا لَا يَنصُرُونَهُمْ وَلَئِن نَّصَرُوهُمْ لَيُوَلُّنَّ الْأَدْبَارَ ثُمَّ لَا يُنصَرُونَ

"Şübhəsiz, əgər onlar (kafirlər öz yurdlarından) çıxarılsalar, bunlar (münafiqlər) onlarla birgə çıxmazlar və əgər onlarla döyüş baş versə, onlara kömək etməzlər və əgər kömək də etsələr, onlara arxa çevirərək qaçarlar, sonra da (o iki dəstədən heç birinə) kömək olunmaz." (36)

Daha sonra həzrət bu hərəkatın camaatın əksəriyyəti tərəfindən dəstəklnmədiyini vurğuladı.(37)

İmam Sadiqin (ə) şəhadəti

Bir gün Mənsu sarayın vəziri olan Rəbiyə dedi ki, elə indi Cəfər ibn Məhəmmədi (ə) bura çağır. Rəbi Mənsurun göstərişini icra edərək imam Sadiqi (ə) çağırtdırdı, Mənsur həddən artıq qəzəblə o həzrətə üzünü tutub dedi:

"Əgər səni öldürməsəm, Allah məni öldürsün, mənim hakimiyyətimə irad tutursan?"

İmam cavabında buyurdu: "Belə bir xəbəri sənə söyləyən şəxs yalançıdır..."

Rəbi deyir: "İmam Sadiq (ə) saraya daxil olandan onun dodaqlarının hərəkət etdiyini gördüm və Mənsurun kənarında oturduğu zaman, dodaqları tərpənirdi və anbaan Mənsurun qəzəbi azalırdı.

İmam Sadiq (ə) Mənsurun yanından çıxdıqdan sonra, imamın arxasınca getdim və ona belə dedim: "Siz Mənsurun yanına gəldiyiniz zaman, o, sizə nisbətdə qəzəbli idi, amma onun yanında əyləşdiyiniz zaman, qəzəbi azaldı. Siz dodağınızın altında nə oxuyurdunuz?" İmam buyurdu: "Mən dodağımın altında imam Hüseynin (ə) duasını oxuyurdum və o dua belədir:

يا عُدَّتي عِندَ شِدَّتي وَيا غَوثِي عِندَ کُربَتي اَحرِسنِي بِعَينِکَ الَّتي لا تَنامُ وَاکَنِفنِي بِِرُکنِکَ الذَّي لايُرام

"Ey çətinliklərimdə mənə qüvvət verən, ey kədərli halımda mənim pənahım, mürgü tutmayan gözlərinə xatir (yəni, hər bir şeydən xəbərdar olmağına xatir) məni hifz elə və məni sarsılmaz və möhkəm sayəndə (kölgəndə) yerləşdir."" (38)

İmam Sadiqin (ə) evinə od vurulması

Müfəzzəl ibn Ömər belə nəql edir: "Mənsur Dəvaniqi Məkkə və Mədinə hakimi Həsən ibn Zeydə belə bir xəbər göndərdi: Cəfər ibn Məhəmmədin (ə) evini yandır. O da həmin göstərişi icra edərək imam Sadiqin (ə) evini yandırdı və od pilləkanlara qədər sirayət elədi. İmam Sadiq (ə) gəlib odların arasında addımladı və belə buyurdu:

اَنَا بنُ اَعراقِ الثَّري اَنا بنُ اِبراهِيمَ خَليلِ اللهِ

Mən övladları yer üzərində  kök-budaq salaraq pərakəndə olmuş İsmayılın (ə) övladıyam. Mən Nəmrudun odunun onun üçün salamatlıq və əmin-amanlığa çevrildiyi Allahın dostu İbrahim Xəlilin (ə) övladıyam."

İmam Sadiqin (ə) qətlə yetirilmə planı

Sonunda Mənsur imamın irəliləyişi və o həzrətin əzəmət və böyüklüyünə tab gətirə bilmədi. O həzrəti zəhərləməklə qətlə yetirməyi planlaşdırdı. Nəzərdən qaçırmamalıyıq ki, Bəni-Abbas imamları zəhərləmək dərsini öz həqiqi rəhbərlərindən, yəni Bəni-Üməyyədən almışlar.

Mənsur Mədinədəki valisi vasitəsi ilə imamı zəhərli üzümlə zəhərlədi və onu şəhadətə çatdırdı və daha sonra hiyləgərcəsinə özünü ağlamağa vurdu və əzadalıq etməyə başladı. İmamın şəhadətə yetirilməsində Mənsurun əlinin olması məsələsində bizim üçün şəkk-şübhə yoxdur, çünki o, dəfələrlə imamın  onun boğazında ilişib qalmış bir sümük olduğunu demişdi.

"Fusulul-muhimmə" və Kəfəminin "Misbah" kitabında (Əllamə Məclisinin "Biharul-ənvar"da nəql etdiyinə əsasən) və digər mənbələrdə belə qeyd edilmişdir: "İmamı ona zəhər yedirməklə şəhadətə çatdırdılar." (39)

İbn Şəhr Aşub Mənaqib kitabnda yazır ki, Əbu Cəfər (ə) Mənsur tərəfindən zəhər yedizdirilməklə şəhadətə çatmışdır. (40)

Mənsur imamın ictimai mövqeyi və camaatın o həzrətə üz gətirməsi qorxusundan qəlbində o həzrətə qarşı xüsusi kin bəsləyirdi. Həmin məsələ onun belə bir cinayətə əl atmasına səbəb oldu. Mənsurun həyat tərzi ilə tanış olan kəslər bilirlər ki, o, hətta onun hakimiyyətə gəlməsində azacıq səhlənkarlığa yol verməyən Əbu Müslim Xorasani kimi kəslərə belə rəhm etməmiş və azacıq xətər hiss edən kimi onları öz yolu üzərindən qaldırmışdır.

İmam Sadiqin (ə) şəhadət tarixi

İmamın hansı ayda vəfat etməsi barədə müxtəlif rəvayətlər mövcuddur. Bəziləri Şəvval ayının iyirmi beşi və bəziləri də Rəcəb ayının on beşində vəfat etdiyini nəql etmişlər, amma şiə və sünni tarixçiləri o həzrətin hicri 148-ci ildə vəfat etməsi barədə fikir birliyinə malikdirlər. Həmçinin şiə tarixçivə yazıçıları o həzrətin Mənsur Abbasinin göstərişi ilə Mədinə hakimi tərəfindən zəhərləndirilərək şəhadətə çatdırılması haqda etiqada malikdirlər.

Kəfəmi "Misbah" kitabında yazır ki, imam zəhərli üzümlə zəhərləndirilərək şəhadətə çatdırılmışdır. Bu haqda bəzi əhli-sünnə tədqiqatçılarıda imamın zəhər vasitəsi ilə şəhadətə çatdırılmasını nəql etmişlər. Həmin müəlliflərin kitablarına "Əsafur-rağibin", "Nurul-əbsar", "Təzkirətul-xəvas" və "Əs-Səvaiqul-muhriqə"ni misal göstərmək olar.

Kuleyni Əbu Əyyuba istinad edərək belə yazır: "Gecə yarısı Mənsur məni yanına çağırtdırdı. Onun yanına gəldiyimdə kürsüdə əyləşmişdi və əlində şam tutuaraq bir məktubu oxuyur və ağlayırdı. Ona salam verdim. Məktubu mənə tərəf tullayıb dedi: "Məhəmməd ibn Süleymandandır. Cəfər ibn Məhəmmədin (ə) ölümündən xəbər verir." Sonra üç dəfə "inna lillah və inna iləyhi raciun" (Həqiqətən, biz Allah tərəfindənik və ona tərəf də qayıdacağıq) zikrini dilinə gətirdi və dedi: "Cəfər kimisini haradan tapmaq olar?!" Sonra dedi: "Yaz!" Məktubun yuxarısında onun sözlərini yazdım: "Əgər o, müəyyən bir şəxsi özünə canişin təyin edibsə, onun da boynunu vur!" Məktubun cavabı gəldikdə, o həzrətin beş nəfəri özünə canişin seçdiyi məlum oldu: "Mənsur, Məhəmməd ibn Süleyman, Abdullah, Musa və Həmidə." Başqa bir rəvayətdə Məhəmməd ibn Süleymanın yerinə Məhəmməd ibn Cəfər qeyd olunmuş və Əbu Əbdillahın nökərlərindən birinin ağası sözü də əlavə edilmişdir. Mənsur dedi: "Bunları öldürmək olmaz." (41)

Yəqubi İsmayıl ibn Əli ibn Abdullah ibn Abbasdan belə nəql edir: "Mənsurun yanına gəldiyimdə, onun saqqalının gözlərinin yaşından islandığını gördüm. Ondan bunun səbəbini soruşduqda, dedi: "Sənin axanədanına nəyin yetişdiyini bilmirsənmi?" Ey Əmirəl-möminin, nə olub?

Mənsur: "Seçilmişlərin ağası, alim və yadigarı dünyasını dəyişib." Ey Əmirəl-möminin, kim? Mənsur: "Cəfər ibn Məhəmməd."

Allah Əmirəl-mömininə əcr versin və onu bizim üçün həyatda saxlasın!" Mənsur: Cəfər (ə) Allahın onlar barəsində belə buyurmuş olduğu kəsdir:

ثُمَّ أَوْرَثْنَا الْكِتَابَ الَّذِينَ اصْطَفَيْنَا مِنْ عِبَادِنَا فَمِنْهُمْ ظَالِمٌ لِّنَفْسِهِ وَمِنْهُم مُّقْتَصِدٌ وَمِنْهُمْ سَابِقٌ بِالْخَيْرَاتِ بِإِذْنِ اللَّهِ ذَلِكَ هُوَ الْفَضْلُ الْكَبِير

"Sonra biz bu kitabı bəndələrimizdən (sonuncu ümmət və İslam əhli olaraq) seçdiklərimizə miras verdik. Onlardan bəzisi (ümmətin günahkarları) özünə zülm edər, bəzisi (ümmətin adilləri və əməli-saleh adamları) mötədil, bəzisi isə (Quranın varisləri olan ümmətin məsumları) Allahın (yaradılış) izni ilə bütün xeyirlərdə irəli keçənlərdir. (Bəli) bu, (kitabın mövcudluğu, məsumların və əməlisaleh şəxslərin varlığı ümmət üçün) böyük lütfdür." (42)

İbn Fəzzal nəql edir: "Ümmü Həmidənin yanına getdim ki, ona imamın vəfatı ilə bağlı başsağlığı verim. Ağladı və mən də onun ağlamağından təsirlənərək ağlamağa başladım. Sonra dedi: "Əgər Əba Əbdillahı (ə) ölüm halında görsəydin, ondan qeyri-adi şeylər müşahidə edərdin. O, gözlərini açaraq dedi: "Bizimlə qohumluğu olan hər kəsi bura toplayın." Hamını çağırdıqda, həzrət buyurdu: "Namazı yüngül sayanlara bizim şəfaətimiz nəsib olmayacaq.""" (43)

Kuleyni imam Musəbni-Cəfərdən (ə) belə nəql edir: "Mən atamı iki şeylə (44) kəfənlədim. Onlardan biri onun ehram paltarı idi və digəri isə Əliyibni-Hüseynin (ə) əmmaməsi idi." (45)

O həzrətin səhabələrindən biri nəql edir: "Mən həzrətin yanına daxil olduqda, Musa ibn Cəfər (ə) onun yanında əyləşmişdi və imam ona vəsiyyət edirdi. Həmin vəsiyyətdən yadımda qalanlar bunlardır: "Oğlum, mənim vəsiyyətimi qəbul elə və sözlərimi yadda saxla. Əgər onları yadda saxlasan, xoşbəxt həyat sürəcək və bəyənilmiş şəkildə öləcəksən.

Oğlum, kim Allahın ona verdiyi şeylərə qənaət eləsə ehtiyacsız olacaq. Başqasının malına göz dikən şəxs möhtac olduğu halda öləcək. Kim Allahın verdiyinə razı olmasa, onu qəza və qədərində ittiham edəcək. Digərlərinin günahlarını kiçik bilənlər öz günahlarını böyük sayarlar Başqalarının eyiblərini açanların daxili eyibləri aşkar edilər. Kim etsə, həmin yolla öldürülər. Qardaşına quyu qazanın özü həmin quyuya düşər.

Səfehlərlə qaynayıb-qarışanlar həqir və zəlil olar və alimlərlə oturub-duranlar vuqar əldə edər. Pis yerlərə bağlananar ittiham olunar. Oğlum, xeyir və ya zərərinə olmasından asılı olmayaraq, haqqı de. Sözgəzdirməkdən çəkin, çünki o, camaatın qəlbində kin toxumu səpər. Oğlum, əgər bəxşiş axtarsan, onun mədənlərinə üz gətir."" (46)

İmam Sadiq (ə) mələkut aləminə yüksələrkən ondan bu cümlələri nəql etmişlər:

آمَنتُ بِاللهِ، وَ کَفَرتُ بِالطَّاغُوتِ، اللّهمَّ احفَظني فِي مَنامي وَ يَقظَتي

"Allaha iman gətirdim və tağuta kafir oldum (onu inkar etdim). İlahi, məni ayıqlıq və yuxululuqda (qiyamətdə) hifz elə!" (47)

İmamın şiələrə bəzi vəsiyyətləri (48)

  1. a) İmamın Zeyd Şəhama vəsiyyəti:

Zeyd Şəham deyir: "Əba Əbdillah (ə) mənə buyurdu:

"Sənin nəzərincə bizə müti olan və sözümüzə qulaq asan kəslərin hamısına bizim salamımızı çatdır və onlara de ki, mən onları təqvalı olmaq və günahdan çəkinməyə dəvət edirəm. Allaha üçün çalışın, doğru danışın və əmanətləri öz sahiblərinə qaytarın və uzun-uzadı səcdələr edin və qonşularınıza yaxşı olun. Məhəmməd (s) bu təlim və ayinlərlə göndərilmişdir. Yaxşı və ya pis əməl sahibi, uşaq və ya böyük olmalarından asılı olmayaraq, sizi əmanətdar tanıyan şəxslərin sizə verdiyi əmanətləri öz sahiblərinə sağlam şəkildə qaytarın. Allahın Rəsulu (s) hətta sap və iynə kimi şeylərin də qaytarılmasına göstəriş vermişdir.

Öz qohum və yaxınlarınıza ehsan və sileyi-rəhim edin və onların cənazələrinin dəfnində iştirak edin, xəstələrini ziyarət edin və onların haqqlarına riayət edin. Əgər sizlərdən biri bu cür etsə və dində vərəyə sahib olsa, doğru danışsa, əmanəti sahibinə qaytarsa, camaatla xoş və yaxşı rəftar etsə, onda deyilər ki, bu şəxs cəfəridir (Cəfərin məzhəbindəndir) və mən xoşhal olaram, həmçinin deyilər ki, Cəfərin ədəb və əxlaqı da bu cürdür. Əgər onun rəftarı başqa cür olsa, onda sizə nisbətdə söylənən töhmətlər mənə də ünvanlanmış olar və deyilər ki, Cəfərin təlim və tərbiyə verməsi belədir? Allaha and olsun atam mənə danışmışdır ki, o kəs Əlinin (ə) şiələrindən hesab edilir ki, hansısa bir qəbilədə əgər bir nəfər ən üstün, əmanətdar, doğru danışan, qəzavət sahəsində ən adil biri olsa və həmin qəbilənin üzvlərindən o kəsin necə biri olması barədə soruşulsa, cavabında deyələr ki, "Onun kimi birisi haradadır? Həqiqətən də, belə bir şəxs bizim ən etibarlı və doğru danışan şəxsimizdir.""" (49)

b) İmamın Muminut-Taqa vəsiyyəti:

"Ey Nemanın oğlu! Cədəl və mübaisədən uzaq ol ki, o, sənin əməlini puç edər və çəkişmədən çəkin ki, həlak olmayasan! Çoxlu dava-dalaşdan uzaqlaş ki, o, səni Allahdan uzaq salmasın. Keçmişdə bəzi kəslər var idi ki, onlar sükuta üstünlük vermişlər, amma siz danışmaq və söz söyləməyi öyrənirsiniz. Keçmişdəkilərdə bəziləri ibadət və itaət etmək üçün on illərlə sükut etməyi seçməyə üstünlük verərdilər və bu məsələdən başıuca çıxsaydılar, özlərini abid və bəndə hesab edərdilər, əks halda, deyərdilər ki, mən hara, Allaha bəndəlik hara?! Həmçinin, deyirdilər ki, gühan və büdrəmələrdən və pis söz söyləməkdən amanda qalan və sükut edən və batil dövlətdə işkəncə və əziyyətə məruz qaldıqları zaman səbirli olan kəslər nicat tapacaqlar.

Onlar Allahın xalis və seçmiş olduğu dostlarıdır və həqiqi möminlər də onlardır. Allaha and olsun, sizlərdən biri qızıldan olan bir yeri ehsan eləsə və bununla belə, öz din qardaşına həsəd etsə, həmin qızıllarla onun bədəninə dağ vuracaq və cəzalandıracaqlar. Ey Nemanın oğlu! Kimdən bir şey soruşulsa və o, icmali olaraq məsələni bildiyi halda, bilmədiyini desə, həqiqətən də münsifanə şəkildə rəftar etmişdir. Mömin bir yerdə oturduqda, həsəd ona vəsvəsə edilir və ayağa qalxıb hərəkət etdikdə, həsəd və kin aradan gedir. Ey Nemanın oğlu! Əgər din qardaşının səninlə xaliscəsinə dost olmasını istəyirsənsə, onunla cidal etmə, söz güləşdirmə və mübahisə eləmə. Dostunu bütün sirlərindən agah eləmə, o miqdarda agah elə ki, bir gün sənin düşməninə çevrilsə, sənə zərər vura bilməsin. Dostun da bir gün düşmənə çevrilməsi mümkündür. Ey Nemanın oğlu! Bəlağət nə dilin iti olması, nə də sözlərin çoxluğu ilə deyil, əksinə mənaya diqqət yetirmək və möhkəm və tutarlı dəlilə malik olmaqladır." (50)

c) İmam Sadiqin (ə) Həmran ibn Əyuna vəsiyyəti:

"Ey Həmran, yaşayışında mal və imkanda özündən aşağı olan kəslərə nəzər sal və qüdrət və imkanda səndən üstün olanlara baxma! Çünki bu halda öz vəziyyət və qismətinə razı və qane ola və Allah tərəfindən daha çox mənfəət əldə edə bilərsən. Bil ki, az və yəqinlə olan daimi bir əməl yəqinlə olmayan çox əməldən Allah dərgahında daha dəyərlidir. Bil ki, heç bir təqva və vərə ilahi haramlardan (qadağalardan) çəkinmək, möminlərə əziyyət etmək və onların qeybətini etməkdən çəkinməkdən daha üstün deyil. Heç bir yaşayış tərzi xoş əxlaqlı olmaqdan daha yaxşı və heç bir dövlət kifayət qədər qənaətdən daha faydalı və heç bir cəhalət ücb və özünü bəyənməkdən daha pis deyil." (51)

d) İmam Sadiqin (ə) Müfəzzəl ibn Ömərə vəsiyyəti:

"Özümə və sənə təqvalı olmağa və ilahi əmrlərə tabe olmağı tövsiyə edirəm, çünki Allaha itaət, təvazökarlıq və vərə, aramlıq, təlaş və ilahi əmrləri yerinə yetirmək, onun rəsullarına yaxşılıq etmək, Allahın razılığını qazanmaq üçün çalışmaq və bütün ilahi qadağalardan çəkinmək təqvanın təsir və nəticələrindəndir. Şübhəsiz, təqvalı olan şəxs Allahın izni ilə özünü cəhənnəm atəşindən uzaqlaşdırmış və bütün dünya və axirət xeyirlərinə nail olmuşdur. Digərlərini təqva və Allahdan qorxmağa dəvət və tövsiyə  edən kəs ən yaxşı nəsihət və moziəni həyata keçirmişdir. Allah bizi öz lütf və mərhəməti ilə müttəqi və ondan orxanlardan eləsin!" (52)

e) İmam Sadiqin (ə) Cəmil ibn Dərraca vəsiyyəti:

"Sizlərin ən yaxşıları ən səxavətli olanınız və ən pisləriniz paxıl və dardüşüncəli olanınızdır. Yaxşı işlərin ən üstünü din qardaşlarına yaxşılıq və ehsan etmək və onların ehtiyaclarını aradan qaldırmaqdır ki, bu yoll şeytanın burnu yerə sürtülür və insan cəhənnəmin odundan amanda qalır və cənnətə daxil olur. Ey Cəmil! Mənim bu sözlərimi öz yaxınların və yaxşı tərəfdarlarına çatdır."

Cəmil soruşdu ki, sizə fəda olum, mənim yaxşı tərəfdarlarım kimlərdir:

İmam buyurdu:

O kəslər ki, həm çətinlikdə, həm də rifah halında öz din qardaşlarına yardım və ehsan edirlər. Ey Cəmil! Belə bir işi görmək ikanlı şəxs üçün asandır. Allah fəqir şəxsi bu zəminədə tərifləyərək buyurmuşdur:

وَالَّذِينَ تَبَوَّؤُوا الدَّارَ وَالْإِيمَانَ مِن قَبْلِهِمْ يُحِبُّونَ مَنْ هَاجَرَ إِلَيْهِمْ وَلَا يَجِدُونَ فِي صُدُورِهِمْ حَاجَةً مِّمَّا أُوتُوا وَيُؤْثِرُونَ عَلَى أَنفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ وَمَن يُوقَ شُحَّ نَفْسِهِ فَأُوْلَئِكَ هُمُ الْمُفْلِحُونَ

"Həm də (ənsardan) o kəslər üçündür ki, hicrət və iman evini (Mədinə mühitini) özü üçün yurd seçib onlara tərəf hicrət edənləri sevər, onlara (mühacirlərə) verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olduqları halda onları özlərindən üstün tutarlar. Nəfsin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapanlardır." (53)

f) İmam Sadiqin (ə) Müəlla ibn xüneysə vəsiyyəti:

Müəlla səfərə yola düşdüyü zaman imam ona xitab edərək buyurdu: "Ey Müəlla, yalnız Allahdan izzət istəki, səni izzətli etsin!" Müəlla soruşdu: "Necə, ey Allah Rəsulunun (s) övladı?" İmam buyurdu:

"Ey Müəlla, Allahdan qorx, hamı səndən qorsun. Ey Müəlla, bəxşiş və ehsan etməklə dostların məhəbbətini özünə tərəf cəlb elə. Allah-taala bəxşiş və ehsanı məhəbbət amili və bəxşiş etməmək və paxıllığı isə ədavət və düşmənçilik amili təyin etmişdir. Beləliklə, sizin məndən birşey istədiyinizdə onu sizə verməyim məndən bir şey istəməməyiniz və mənim bir şey verməməyimdən daha yaxşıdır ki, bununla kin və ədavət hissi sizdə yaranmasın. Əgər mənim vasitəmlə sizə çatan bir şey, həqiqətdə, onun üçün şükrdür və mənim sizə bəxşiş etdiklərim müqabilində Allaha şükr edin." (54)

g) İmam Sadiqin (ə) Süfyan Suriyə vəsiyyəti:

Süfyan deyir: "İmam Sadiqlə (ə) görüşdüm və o həzrətə dedim ki, ey Allah Rəsulunun (s) övladı, mənə nəsihət və moizə edin. İmam buyurdu: "Ey süfyan, Yalançı bir şəxsin mərdlik və qeyrəti, halsız adamın dostu və həsəd edən insanın da rahatlığı yoxdur və bədəxlaq bir şəxs böyüklük və məqama nail olmaz."

Süfyan: "Bir qədər də izah edin." İmam buyurdu: "Ey Süfyan, Allaha etimad elə ki, həqiqi möminlərdən olasan, Allahın qismətinə razı ol ki, ehtiycsız olasan və qonşunla yaxşı rəftar elə ki, müsəlmanlardan hesab olunasan və əsla günahkar bir şəxslə dostluq etmə ki, o, sənə günah etmək və pislikləri sənə öyrədər. Həmişə hyaşayış məsələlərində Allahdan qorxan kəslərlə məşvərət elə."

Süfyan: "Yenə də izah edin." İmam buyurdu: "Ey Süfyan, kim qohum-əqrəbasız izzət, mal-dövlətsiz ehtiyaclısızlıq və hakimiyyət və səltənət olmadan əzəmət və böyüklük istəsə, günahın zillət və  xarlıq çərçivəsindən çıxıb izzətli olan Allaha itaət dairəsinə daxil olmalıdır." (55)

 

İstifadə edilən mənbələr

1. Bəzi tədqiqatçılar belə yazırlar: İmam Sadiqin (ə) dünyaya gəlməsi ilə bağlı ən düzgün tarix hicri 80-ci ildir. Bbu barədəiki dənə də rəvayət vardır ki, həzrətin dünyay gəldiyi ilin hicri 83 və ya 77-ci illər olduğunu bildirir.

2. "Kəşful-ğummə", c.2, səh. 155.

3. "Kəşful-ğummə", c.2, səh. 166.

4. "İrşad", c.2, səh. 174.

5. "Kəşful-ğummə", c.2, səh. 186, "Hilyətul-əvliya", c.3, səh. 198-199.

6. "Təhzibut-təhzib", c.2, səh. 105.

7. "Təhzibut-təhzib", c.2, səh. 105.

8. "Əyanuş-şiə", c.4, səh. 138.

9. "Biharul-ənvar", c.47, səh. 59.

10. Əllamə Müzəffər, "Əl-İmamus-Sadiq", c.1, səh. 258.

11. "Əl-İmamus-Sadiq və məzahibul-ərbəə", c.21, səh. 53.

12. Məhəmməd Əbu Zöhrə, "Əl-İmamus-Sadiq", səh. 81.

13. "Rəd" surəsi, ayə 21.

14. Əllamə Müzəffər, "Əl-İmamus-Sadiq", c.1, səh. 255.

15. İbn Oqdə Zeydi imam Sadiqdən (ə) rəvayət nəql edən raviləri toplamış və onların sayı dörd minə çatmışdır. Amma İbn Qəzairi İbn Oqdənin dəlilinə əsaslanaraq onların sayının çox olduğunu bildirmişdir.

16. "Hilyətul-əvliya", c.3, səh. 199.

17. "Biharul-ənvar", c.47, səh. 49.

18. İbn Şəhr Aşub, "Mənaqib", c.4, səh. 238.

19. "Tovhide Səduq", səh. 296.

20. "Ricalun-Nəcaşi", səh. 130, "Kifayətul-əsər", səh. 327, Hüseyn Kərimiyan, "Sire və qiyame Zeyd ibn Əli", səh. 49-dan sonra.

21. "Ricalun-Nəcaşi", səh. 130, "Kifayətul-əsər", səh. 385.

22. Uyunu əxbarir-Rza, c.1, bölmə 25, Səduq, Əmali, 10-cu məclis, səh. 40, Tənqihul-məqal, c.1, səh. 468, "Sire və qiyame Zeyd ibn Əli", səh. 168.

23. "Xətte Məqrizi", c.4, səh. 307, "Nameye daneşvəran", c.5, səh. 92, "Fəvatul-vəfiyyat", c.1, səh. 210.

24. "Əl-Vuzəra vəl-kitab", səh. 84. O və İbrahim – onların hər ikisi məvalilərdən hesab olunurdular.

25. "Murucuz-zəhəb", c.3, səh. 269, "Əl-Vuzəra vəl-kitab", səh. 86.

26. "Həyatul-imamir-Rza", səh. 49.

27. "Şəzəratuz-zəhəb", c.1, səh. 220, "Cihaduş-şiə", səh. 104.

28. "Vəsailuş-şiə", c.1, səh. 7-8.

29. "Umdətut-talib fi ənsabi ali-Əbi talib", səh. 195.

30. "Mustədrəkul-vəsail", c.12, səh. 203-291.

31. "Mustədrəkul-vəsail", c.12, səh. 307.

32. "Kəşful-ğummə", c.2, səh. 208-209, "Əl-İmamus-Sadiq (ə) ", səh. 141.

33. "Məqatilut-talibin", səh. 141.

34. "Məqatilut-talibin", səh. 40-41, "Sire və qiyame Zeyd ibn Əli", səh. 75 ("Əl-İrşad", səh. 276-277-dən nəqlən), elamul-vərə, (tərcüməsi) səh. 383-384, Əl-İmamus-Sadiq, səh. 56 ("Əl-Ehticac", "Kəşful-ğummə", c.2, səh. 172-173-dən nəqlən),   "Təbəri tarixi", c.7, səh. 302, "İzzəddin" nəşriyyatı.

35. "Kəşful-ğummə", c.2, səh. 168.

36. "Həşr" surəsi, ayə 12.

37. "Nəsrud-dur", c.1, səh. 355.

38. "Kəşful-ğummə", c.2, səh. 168.

39. "Biharul-ənvar", c.47, səh. 1-2.

40. "Mənaqib", c.4, səh. 280.

41. "Üsuli-kafi", c.1, səh. 310.

42. "Fatir" surəsi, ayə 32, "Yəqubi tarixi", c.3, səh. 117.

43. "Səvabul-əmal", səh. 205, "Biharul-ənvar", c.47, səh. 2.

44. Misirdə toxunulan bir parçadır.

45. "Üsuli-kafi", c.1, səh. 476.

46. "Hilyətul-əvliya", c.3, səh. 195; "Sifətus-səfvə", c.2, səh. 170.

47. Kuleyni, "Kafi", 5-ci çap, tehran, İslamiyyə, şəmsi 1363, c.2, səh. 536.

48. Müzəffər, "Sefati əz zendeqaniyei Cəfər Sadiq (ə)", səh 391-395

49. "Üsuli-kafi", c.2, səh. 636.

50. "Rovzətu-kafi", səh. 288.

51. "Rovzətu-kafi", səh. 244.

52. "Bəsairud-dərəcat", səh. 526.

53. "Həşr" surəsi, ayə 9; "Xisal", səh. 96.

54. "Məcalisu Şeyx Tusi", 11-ci məcalis.

55. "Biharul-ənvar", c.78, səh. 192.