")
Məscidun-Nəbi (s)

Məscidun-Nəbi (s):

 

Məscidun-Nəbi Tehranın dəryane no məntəqəsində yerləşir. Bu məscid  Əmirəl-mominin (ə) məktəbinin xeyriyyə müəssisəsinin vasitəsi ilə meydana gəlmiş və həmçinin himayə olunur. Bu məscid ölkə səviyyəsində olan bütün məscidlərin işinə baxan idarədə nümunə olaraq seçilmişdir. Müxtəlif dini və maarif proqramlarının təşkil olunması, bu məscidi məntəqədə yaşayan insanların toplantısı və onların müxtəlif fəaliyyətlərinə çevrilmişdir. Həzrət Ayətullah əl-Üzma Musəvi Ərdəbilinin rəhbərliyi ilə icad olunan bu məscidin ilk günündən  məscidin üçüncü mərtəbəsində ümumi bir kitabxana quruldu ki, hal hazırda ölkədə olan məscidlərin ən böyük ümumi kitabxanası adı ilə fəaliyyət göstərir. Bu böyük kitabxananın şəraitindən dəstə ilə təlim otaqları, kişi və qadınlar üçün bütün şəraiti olan salon və çoxlu mütaliyə üçün kitablara işarə etmək olar. Bu kitabxananın digər üstünlüklərindən biridə 40 mindən çox ümumi və ixtisasa aid olan müxtəlif elmi və təlim aid mövzular haqqında kitabların mövcud olmasıdır. Bu kitabxananın hal hazırda on min nəfərdən çox üzvülüyü vardır. Digər tərəfdən dərslik kitabları çox olduğundan və həmçinin günün əksər müddətində fəaliyyət göstərdiyinə görə il əsnasında olan imtahan vaxtları günlərində məntəqə üzrə şagirdlərin mütaliyə etdiyi bir məkana çevirilibdir. Bir həddə ki, son axırıncı illərdə kitabxanaya üzviyyət olanların əksəriyyəti ölkə səviyyəsində təşkil edilən magistır və bakalavır üzrə imtahanatlardan qəbul olunmuşdur.