")
Müfid universitetinin

Müfid universitetinin qırx ilə yaxın tarixi vardır., həzrət Ayətullah əl-Üzma Musəvi Ərdəbilinin xətti ilə Əmirəl-mominin (ə) adına xeyriyyə təşkilatı məktəbi fəaliyyət göstərdiyi vaxtda bu qərara gəldilər ki, dini mədəniyyəti yaymaq üçün bir mədrəsə açsınlar. Bu məktəb 1972 ci ildə inqilab meydanının ətrafında orda məktəb adı ilə işə başladı.  Bir müddətdən sonra orta məktəb təşkil olunduqdan sonra Zəncan küçəsinə köçürüldü. İyirmi ildən artıq keçdikdən sonra Müfidin ibtidayi və orta məktəblərinin hər ikisi 71 və 76 cı ildə Tehranın Qeytəriyyə məntəqəsinin Kavə bulvarında əsası quruldu. Müfidin orta məktəbinin üçüncü bölməsi Riyaziyyat və Fizika ixtisasından əlavə ülumi insani ixtisası niyyəti ilə 83 cü ildə Vənək meydanının ətrafında işə başladı. Bundan sonra ibtidayi  məktəbinin açılmasının çox zərurilik və önəmli olması hissinə diqqət edərək Müfid adına ibtidai məktəb və hazırlıqı da 88 ci ildə Şəriəti küçəsində öz fəaliyyətini göstərməyə başladı. 90-91 ci dərs ilində isə oğlanlar üçün iki vahidlik orta məktəb və  hazırlığı biri Tehranın ikinci məntəqəsində  digəri isə Qum şəhərində isə başlandı. Həmçinin qızlar üçündə bir toplantısı bu ildə qurulmuşdur. Hal hazırda Müfidin təlim üzrə mərkəzi üç orta məktəb və hazırlıq, oğlanlar üçün iki ibtidayi və üç orta məktəblər və qızlar üçün təlim yığıncağı mədərəsəsi sizin övladlarınızın qəbulu üçün xidmətinizdə olacaqdır.

Müfid onun təşkilatcısı həzrət Ayətullah əl-Üzma Musəvi Ərdəbilinin baxışında:

Müfid adına təlim toplantısının təşkil olunmasından məqsəd: Tağut rejiminin zamanında Qum şəhərində idim elmi hövzələrin gərək günbə gün cəmiyyətə yaxın olmasını hiss etdim və bu nəticəyə gəldim ki, dini qədim formada təbliğ etməyin daha fayda yoxdur və yeni bir metodlar ilə işə başlamaq lazımdır. Tehranın Nüsrət küçəsində tikilişi yarımçılıq olan bir məscid var idi biz öz fəaliyyətimizi o, məsciddə başladıq və qeyd olunan məqsədlərimizə çatmaqdan ötrü bir universitetin açılması fikrinə düşdük. Sonra bir mədrəsə tikmək istədik və bu cəhətdən Allah rəhmət etsin aqaye Ruziyənin hüzuruna gedib onunla danışdıq və o bizə yolunu göstərdi. Tehran universitetinin yaxınlığında bizim bir binamız var idi ağaye Ruziye gəlib oranı gördü və biz həmin binada Müfidin mədrəsələrini açdıq. Müfid məktəbini bina etdiyimiz vaxta prablemimiz çox və  pulumuz az idi bəzi vaxtda mən özüm işcilər ilə bir yerdə iş görürdüm. Dostlarda məsciddən gəlirdilər və bir yerdə gedib orada işləyirdik.

Müfidin idarə olunma tərzi:

Müfid universitedi xüsusi bir tərzlə idarət edilirdi. İlk gündən mənim fikrim bu idi orada pak insanlar dərs oxusunlar. Oranın müdürləri və dərs deyənləri salim və pak şəxslər olsun. Hətta mədrəsənin xidmətçisidə pak insan olsun. Allah yaxşı insanlaran bir qrupunu mənim köməyimə göndərdi və onlar Müfid universitedində zəhmət çəkirlər. Hal hazırda Allaha şükür olsin ki, Müfidin mədrəsələrindən neçə min yaxın şagirdlər dərslərini bitiriblər. Onlar hər yerdə olsalar hər hansı bir sahə üzrə dərs oxuyublarsa faydalı, xidmətçi mömin və xeyirli insanlardır. Əgər Allah qiyamət günündə məndən soruşsa ki, sənə bu qədər ömür verdim, qüdrətin var idi, kömək etdim bunlar ilə nə iş gördün? Mən hər nəqədər fikirləşirəm ki, əlimi boş görürəm və yalnız mənə ümüd verən bir şey həmin Müfid mədrəsəsi və universitetidir.

Mədrəsələr üçün Müfid adının verilmə səbəbi:

Mərhum Şeyx Müfidi öz zamanında «ibnul-Müəllim» səsləyirdilər. O, şiələrin arasında həddindən artıq kalam elmində fəaliyyət göstərmişdir. Mərhum Müfid dünyadan getdiyi vaxtda camaat deyirdi: «Allah bizi ibnul-müəllimin vasitəsi ilə nicat verdi». O, bizim indi ki, cəmiyyətdə tanınmamış idi mən belə qərara gəldim ki, nə qədər təlim müəssisələrim olarsa Müfidin adı ilə olsun. Hal hazırda Müfid universitetidə elə bu münasibətlə adlanıbdır.