")
İmam Rza (ə)
günahsız

Həzrət Əli ibn Musa Rza (ə) məşhur sözə əsasən hicri qəməri tarixinin 148 ci ilində dünyaya gəlmiş və hicri qəməri tarixinin 203 cü ilində xaincəsınə bir sui-qəsdlə (hiylə ilə) şəhid edildi. Həzrət imam Rza  (ə) 55 il ömür sürdü. Həzrətin (ə) yaşadığı dövran Abbasi xəlifəsi hakimiyyətindən olan dörd  qəddar yəni; ″Rəşid″, ″Əmin″, ″İbrahim ibn Hadi″ və ″Məmun″un  zamanı ilə təsadüf etmişdir. Həzrətin (ə) mübarək adı ″Əli″ künyəsi ″Əbul-Həsən″ və ləqəbləri isə ″Rza″  ″Sabir″ və ″Vəfiyy″ olubdur. Həzrət Əli ibn Musa Rza (ələyhissəlam) Mədinə şəhərində dünyaya gəlmişdir, sonra siyasi bir hiylə ilə  zahirdə o, həzrəti (ə) Mədinə şəhərindən Xorasan (indiki Məşhəd) şəhərinə dəvət etdilər və həqiqətdə onu Xorasana cəlb etdilər, çünki o, zaman həzrət peyğəmbərin (s) sülaləsinin camaat arasında hörmət və məhbubluğu çox idi. Zamanın xəlifələri məhbub olan belə şəxslərin olmasından qorxub və səy edirdilər ki, onları nəzarətə götürmək, mühasirəyə almaq və şəhid etməklə camaatı onların yol göstərmələri və rəhbər olmaqlarından məhrum etsinlər. Bu məqsədlə sitəmkar ″Bəni-Abbasi″ xəlifələri həzrət imam Sadiq (ələyhissəlam) və həzrət imam Kazimi (ələyhissəlam) şəhid etdilər, lakin bu işlə fikirlərində olan nəticəni əldə edə bilmədilər. Abbasi xəlifəsi Məmun hakimiyyəti ələ aldıqdan sonra, qərar tutdu ki, yeni bir metodla və siyasi fitnə ilə həzrət Əli ibn Musa Rzanı (ələyhissəlam) dünya, hakimiyyət və rəyasətliyə şövqlü və həvəsli bir şəxs kimi göstərsin və  bu vasitə ilə o, həzrətin (ə) dini və mənəvi simasını nöqsanlı edib və camaat həzrətə (ə) nisbət bədbin olsunlar. Bu məqsələ həzrət imam Rzanı (ə) Məmunun hakimiyyətinin mərkəzi olan Xorasan şəhərinə gətirdilər. Həzrət Əli ibn Musa Rzanın (ə) camaat arasında  olduğu məhəbbət və onunla rabitədə olmaqları üçün Məmun qorxu və nifrət edirdi, bu cəhətdən göstəriş verdi ki, həzrət imam Əli ibn Musa Rzanı (ə) gətirən karivan o, həzrətin (ə) havadar və şiyələri çox olan ″Qum″ kimi şəhərlərdən hərəkət etdirməsinlər, bəlkə hakimiyyət üçün təhlükəsi olmayan yollardan keçirsinlər. Nəhayət həzrət Əli ibn Musa Rzanı (ə) Xorasan şəhərinə daxil etdilər və tamamilə siyasi olan bir məclisdə Məmunun ″Vəli-əhdlik″ vəzifəsini o, həzrətə (ə) təklif etdilər. Amma həzrət Rza (ə) hazırkı və pərdə arxasında olan siyasi məsələlərdən tamamilə agah olduğuna görə Məmunun dövlətində vəzifəni qəbul etməkdən şiddətlə imtina etdi. Amma nəhayət Məmunun ″Vəli-əhdlik″ rütbəsi məcburiyyətlə həzrət imam Rzanın (ə) öhdəsində qərar verdilər. Elə ki, tarixçilərdən bəziləri nəql ediblər, Məmun ″Vəli-əhdlik″ vəzifəsini həzrət Əli ibn Musa Rzanın (ə) məcburiyyətlə öhdəsinə qoyduğu zaman, imam Rza (ə) bu cəhətdən ki, ən azı tarixdə yazılsın və həmçinin onlar özləridə bilsinlər ki, həzrət Rzanın (ə) tamamilə məsələlərdən xəbəri vardır, Məmuna xitab edib buyurdu: Mən sizdən öncə dünyamı dəyişəcəm, onda necə sizin vəli-əhdinizi qəbul edim?. Həzrət imam Rza (ə) vəli-əhdlik günlərində nəzarət altında idi və Məmun çalışırdı ki, həzrəti (ə) sitəmkar hakimiyyətlə həmkarlıq edən bir şəxs kimi cilvələndirsin, amma əməldə məğlub oldu və gördü ki, həzrət imam Rzanın (ə) məhəbbəti günbə-gün camaatın arasında artır. Və həmçinin onlar istəyirdilər ki, camaatda həzrət Rzaya (ə) qarşı bədbinlik yaransın amma  onların bu hiyləsidə aradan getdi, bu cəhətdən qərar tutdu ki, həzrət imam Rzanı (ə) şəhadətə çatdırsın. Nəhayət öz bədbəxt və fitnəsi ilə imam Rzanı (Allahın salavat və salamı ona, övladlarına və babalarına olsun) 55 yaşında şəhid etdilər.