")
İmam Həsən Müctəba (ə)
günahsız

Həzrət Ayətullah əl-üzma Musəvi Ərdəbilinin cümə namazının xütbələrində imam Həsən Müctəbanın (ə) haqqında bəyanı

Həzrət imam Həsənin (ə) imamət etdiyi dövran kristallaşmış fitnələrlə təsadüf idi. Həzrət Əli (ə) və həzrət Fatimədən (ə) sonra, peyğəmbər (s) sülaləsinin üçüncü qurbanı həzrət imam Həsən (ə) oldu. O, həzrətin (ə) əleyhinə o qədər hiylə və fitnələr etdilər ki, hətta cümə namazlarında oxunan xütbələr, minbərlər, şerlər və çıxışlarda imam Həsənin (ə) əleyhinə və o, cümlədən şəxsi və təbii yaşayışı haqqında söhbətlər edilirdi. Düşmən imam Həsənin (ə) barəsində ittiham və töhmət vurmaqdan çəkinmirdi, hətta həzrətin (ə) paltarı, qidaları, ailə qurması haqda iftiralar və şayeələr yayırdılar. Və həmçinin həzrət Əli (ə) və həzrət imam Hüseynin (ə) tərəfindən imam Həsənin (ə) əleyhinə hədislər saxtalaşdırdılar və dedilər ki, onlar buyurur: Qızlarınızı imam Həsənə (ə) ailə qurmaq üçün verməyin, çünki o, çoxlu qadnları boşayıbdır! Və yaxud iftira edərək dedilər: Müaviyə ilə sülh etdiyi məsələdə, bir gün imam Həsən (ə) və imam Hüseynin (ə) arasında ziddiyyət qarşıya çıxdı imam Həsən (ə) buyurdu: Siz işlərimi görməyə imkan vermirsiniz bu cəhətdən müsəlmanların işləri əlverişli olana qədər istədim bir evdə sizi həbs edəm! və bunun kimi digər iftiralar. Müaviyənin saxtalaşdırdığı hədislər və imam Həsənin (ə) əleyhinə yaydığı sözlərdən məqsədi bu idi nə qədər ki, imakan vardır həzrət imam Həsənin (ə) imamətlik simasını pərişan etsin. Və digər tərəfdən Müaviyə özü o, mənəvi təsir və dərəcəni əldə edə bilmədiyini görəndə belə deyirdi: Ən azı imkan həddində rəqibin simasını eyibli və qüsurlu etmək lazımdır. Nəhayət, həzrət imam Həsənin (ə) evində nüfuzu olan bir şəxsi yerləşdirib və o, həzrəti (ə) çox kədərli və ağırlı vəziyyətlə şəhid etdilər.