")
Həzrət Əlinin (ə) adilliyi
günahsız

Əli (ə) o, cür ki, sərbəstliyi sevən və azad təbiətli bir şəxsiyyət idi, şiddətlə haqqı sevən də idi və bütün işlərini dərin düşüncə əsasında ədalətlə yerinə yetirirdi. Bir gün onun böyük qardaşı Əqil  həzrə Əlinin (ə) yanına gəlib maddi prablemlərindən şikayət edib və dedi: Beytul maldan mənə verdiyin hissə və pay məni ödəmir mənim payımı artıq edin. Əli (ə) baxmayaraq ki, bilirdi əgər Əqilə kömək etməsə o, öz prablemlərini həll etməkdən ötrü Müaviyənin yanına gedib və bu hərəkəti ilə Əlinin (ə) xilafətinə ən böyük ziyan və zərər vuracaq amma buna baxmayaraq Əqilin payını Beytul-maldan çoxaltmadı. Yaxud Ummu Gülsumün beytul-maldan bir ədəd boyun bağını müvəqqəti əmanət alması hadisəsində o, qədər ciddi və möhkəm rəftar etdi ki, olmaya camaatın ümumi hüquqlarına bir cüzi qədər nöqsanlıq yetişmiş olsun. Həzrət Əlinin (ə) adil və mürüvvətli olmasının digər nümunəsindən biridə budur ki, xəlifə və canişin olduqdan sonra əvvəlki xəlifələrə bağlı və şahın sarayında olan şəxslərdən öz adlarına keçirdikləri bütün torpaqları onlardan geri alıb camaata qaytardı. Bu hökm islamın ədalət və insafıdır. Əgər bir şəxs bu ədalətdən sıxıntılıqa düşərsə zülmdən daha pis darlığa düşəcəkdir. Başqaları bəyənib yaxud bəyənməsələr də siz ədalət və mürüvvəti icra edin