")
Danışıqda düzgün və əməldə sədaqətli olmaq
صداقت

Bizim vəzifəmiz budur ki, əməldə, danışıqda, düşüncəmizdə və niyyətimizdə doğru olaq. Bununla belə sədaqətlik yavaş yavaş öz layiqliyini camaatın arasında tapsın və bunun vasitəsi ilə riya (ikiüzlülük) kimi günahların baş verməsi aradan getmiş olsun. Çünki, doğru və düz danışan bir insan münafiq və ikiüzlülük etməz. Çünki iki tirəlik və ikiüzlülüyün səbəbi yalan danışmaqdır. Həqiqətdə tarix boyu münafiq şəxslərin bəşəriyyətə verdiyi ziyan və zərərlər onların danışıq və hərəkətlərində doğru və sədaqətli olmadıqları və yalan danışıqlarından baş vermişdir. Allah taala Bəqərə surəsinin 8-10 cu ayələrində münafiqlərin yalan danışmaqları haqda buyurur:

وَ مِنَ النَّاسِ مَن يَقُولُ ءَامَنَّا بِاللَّهِ وَ بِالْيَوْمِ الْأَخِرِ وَ مَا هُم بِمُؤْمِنِينَ . يُخَـدِعُونَ اللَّهَ وَ الَّذِينَ ءَامَنُواْ وَ مَا يَخْدَعُونَ إِلاَّ أَنفُسَهُمْ وَ مَا يَشْعُرُونَ . فِى قُلُوبِهِم مَّرَضٌ فَزَادَهُمُ اللَّهُ مَرَضًا.

«İnsanların bəziləri imanları olmaya-olmaya «biz Allaha və axirət gününə iman gətirdik» deyərlər.Allahı və iman gətirənləri aldatmaq istəyirlər, halbuki, özlərindən başqa heç kəsi aldatmırlar və başa (da) düşmürlər.Onların qəlblərində xəstəlik vardır, Allah da xəstəliklərini artırmış və artırmaqdadır». Deməli insan gərək bütün kiçik, böyük, tək, cəm, ictimayi, siyasi, düşüncə, niyyət, danışıq və əməldə doğru və sədaqətli olmalıdır