")
İlahi qanunun icra edilməsində ciddi olmaq
günahsız

Peyğəmbər Əkrəm (s) buyurur:

لا شفاعة ولا کفاله و لا یمین فی حد

«Allahın hökmünün icrasında heç  şəfaət, and və zaminlik qəbul edilməz».

Qeyd olunanlardan heç birisi eliyə bilməz hökmün icrasında maneə olsun. Həmçinin ilahi hökmün icrasında təxirə salmaq və icra etməməyə səbəb ola bilməzlər. Nəql olunur islamın ilk günlərində bir qadın oğurluq etmişdir. Onun qəbiləsi Peyğəmbərin hüzuruna gəlib dedilər: Biz camaat arasında tanınmış, şəxsiyyətli və abırlı insanlarıq əgər bu qadının əlini kəssən abrımız gedəcəkdir. Sizdən xahiş edirik bu qadını cəzalandırmayın! Peyğəmbər (s) onların sözünü qəbul etməyib buyurdu: «Əgər qızım Zəhra da (ə) bu işi görsəyid onun əlini kəsərdim». Peyğəmbər (s) ilahi hökmün icrasında elə ciddi idi ki, hətta əgər öz yaxın qohumlarından biri günah bir iş görsəydi onu cəzalandırmaqda səhlənkarlıq etməzdi.

 

1- “Mən la Yəhzuruhul Fəqih”, c. 4, səh: 74.

2- “Peyame Peyğəmbər (s)”, səh: 101-102.