")
Məğrurluq
General məsləhət

Allah taala müsəlmanların Hüneyn döyüşündə əvvəldə məğlub olmaqlarının səbəbini onların saylarının çox olmasında məğrur olmasını bilir ki, qoşunun arasına bir bəla kimi düşüb məğlub olmaqlarına səbəb oldu halbuki əvvəl 313 nəfər döyüşcü ilə qələbə çalmışdılar. Amma Hüneyn döyüşündə on iki min döyüşcünün olmasına baxmayaraq məğlub oldular. Bu cəhətdən demək lazımdır məğrur olmaq, yüxarı istəklə, hər şeyi Allahın öhdəsinə qoymaq, məsuliyyət hissi etməmək, özünü qırağa çəkmək, digər fikirlərdə qərq olamq hamısı doğru olmayan işlərdir ki, məğlubiyyətə səbəb olur.  Bu nöktədən də qəflətdə olmayaq ki, Allahın köməyində şərtlər mövcuddur məsələn; Zorakı hərəkətə qarşı durmaq, səbatlıq, səbirli, yorulmamaq, özünü itirməmək, hər şeyi pis hesab etməmək və qaçmamaq kimi şərtlər qeyd olunur ki, Allah taala Qurani-Kərimin ayələrində bu nöktələri bəyan etmişdir