")
Vəhdət:
General məsləhət

Birlik yəni; iki nəfər, iki dəstə yaxud iki məzhəb biri-birinin kanarında yaşayıb münaqişə etməsinlər, düşmənçilik olmasın və savaşmasınlar, biri digərinə hücüm etməsin, biri-birinin haqqını qəsbetməsinlər səbirli və dözümlü olsunlar. Vəhdət üçün zikr olunan bu məna həqiqətdə vəhdətin mənası deyil, bəlkə hücum etməyib və dinc yaşayışın mənasıdır. Hüçum etməmək öz qədərində çox faydalı, bəyənilən və zərurətdir amma hər halda vəhdətlə fərqlidir və bunun ikisi bir deyillər. Allah ənfal surəsinin 46 cı ayəsində buyurur:

"وَأَطِيعُوا اللَّهَ وَرَسُولَهُ وَلَا تَنَازَعُوا فَتَفْشَلُوا وَتَذْهَبَ رِيحُكُمْ وَاصْبِرُوا إِنَّ اللَّهَ مَعَ الصَّابِرِينَ."

″Allah və Peyğəmbərinin (s) (əmrinə) itaət edin! Mübahisə etməyin ki, süst olmayasınız və qüdrətiniz aradan getməsin! Səbr edin ki, Allah səbir edənlərlədir!″. Qeyd etdiyimiz bu ayə həmin hüçum etməmək haqdadır yəni biri birləri ilə münaqişə etməsinlər, savaşmasınlar və biri birlərinə nisbət hövsələli olsunlar. İnsanların biri-birlərinə nisbət səbirli və dözümlü olmaqları asand bir iş olmadığına əsasən Allah buyurur ki, "واصبروا"؛‌  səbirli və dözümlü olun. Vəhdət və birliyin mənası budur ki, iki nəfər, iki dəstə və iki ölkə dostluq və yekrənglik cəhətdən elə bir həddə çatsınlar ki, başqasının xeyir və mənfəətini özünün xeyir və mənfəəti, və qarşı tərəfin zərər və şərrini özünün şərr və zərəri bilsinlər. O, cür ki, öz hüquqlarından müdafiə etmək üçün çalışırlar, digərlərinin hüquqlarını müdafiə etməkdə də çalışsınlar. Vəhdət dedikdə hüçum etməmək mənasından daha üstün və dərin bir mənası vardır. Allah Ali-İmran surəsinin 103 cü ayəsində buyurur:

  "واعتصموا بحبل الله جمیعاً ولا تفرقوا"

″Hamınız Allahın ipindən (Quran, İslam və vəhdət amili olan hər vasitədən) yapışın və parçalanmayın″. Bu şərəfli ayə vəhdət haqqındadır, Allah bu ayədə birliyə əmr edir. Baxmayaraq ki, bu ayədə yekrənglik (dostluq) və qardaşlıqa yozulmayıbdır amma ondan iki ayə sonra 105 ci ayədə Allah buyurur:

"ولا تکونوا کالذین تفرقوا واختلفوا"

«Ayrılıb və ixtilaf edən kəslər kimi olmayın″

Həzrət Əmiril-mominin (ə) incə bir yozumla ″Bəsrə″camaatının haqqında buyurur:

"المجتمعة ابدانهم"؛

«Siz Bəsrə camaatının yalnız cismləri bir birinin kanarındadır″. Bir halda ki, Bəsrə camaatı kimi bir cəmiyyət o vaxtda var imiş insan baxır  yüz min, iki yüz min və ya beş yüz mindən ibarət olan bir cəmiyyəti görür amma bunların hamısı təkdirlər hamısı ayrıfırlar və hər şəxs özü ilədir. Hər bir şəxs öz mənfəətlərini cəlb edib və zərərlərini dəfetmək ardıycadır və başqaları ilə bir işi yoxdur.

Həzrət Ayətullah əl-Üzma Musəvi Ərdəbilinin cümə namazında bəyan etdiyi xütbələrdən bir hissə.