")
Quran:
General məsləhət

Quran tarix, əxlaq və digər məsələləri bəyan edən bir kitabdır, amma əxlaqi və elmi bir kitab da deyil, bəlkə özünün buyurduğuna əsasən ″hüdən linnas″ «insanları hidayət» edən bir kitab. Əgər elmi bir kitabda anlaşılmazlıq mövcud olarsa bunun prablemi yoxdur misal olaraq qeyd edək ki, bir şəxs mümkündür Enişteyin nəzəriyyəsini dəfələrlə oxsusun amma yüksək dərəcədə riyaziyyat elminə ehtiyacı olduğuna görə onun mətləblərini dərk etməsin və yaxud tarixdə qeyd olunur ki, Əbu Əli Sina ″metafizik″ kitabını bir neçə dəfə oxuyub amma bir şey başa düşməmişdir bu elmi bir kitablarda olan bir xüsusiyyətdir. Amma quran ki, camaatı hidayət etmək üçün nazil olubdur və qiyamət gününə kimi insanlara hüccət və yol göstərəndir necə ola bilər ki, onda naməlum və qeyri-müəyyənlik olsun və hansı məntiq və dəlilə əsasən qəbul etmək olar ki, anlaşılmazdır? Allah taala bu kitabı aydın və aşkar ərəb dilində

"بلسان عربی مبین"  nazil etmiş və insanlar onu dərk etməkdən ötrü sadə  "ولقد یسّرنا القرآن للذکر"   qərar verdi. Onu özləri üçün sərlövhə qərar versinlər  "لعلکم تتقون"  yaxud da Allahın rəhmətinə şamil olsunlar "لعلکم ترحمون. Bununla belə Quranın mənalarından çoxu nə inki savadsız insanlar üçün bəlkə elm əhlinə gizlin və örtülü qalmışdır. Həzrət Əli (ə) buyurur:

 "وان القرآن ظاهره انیق وباطنه عمیق ... لا تفنی عجائبه ولا تنقضی غرائبه"

«Həqiqətən Quranın zahiri gözəl və batini dərindir…..Onda olan sirlər və heyrətləndirici mətləblərin sonu yoxdur». Qeyd etdiyimiz kimi Quranın ümumi mənası camaat üçün düşünüləndir bu fərqlə ki, hər bir şəxs öz mərifət, dərk və özünün istedı qədər Qurandan bəhrə aparır. Həzrət İmam Əli (ə) Allahın kitabı Quran və camaatın müxtəlif formada dərketmələri haqda buyurur:

"کتاب الله عزوجل علی اربعة أشیاء: علی العبارة والاشارة واللطائف والحقایق؛ فالعبارة للعوام، والإشارة للخواص، واللطائف للاولیاء والحقایق للانبیاء."

Allahın ″əzzə və cəl″ kitabı dörd məna və mətləbdən -ibarət, işarə, lətaif və həqaiq - ibarətdir. İbarət addi insanlar, işarə xüsusi insanlar, lətifələr övliyalar və həqiqətlər isə peyğəmbərlər üçündür. Bu cəhətdən müxtəlif şəxslərin düşüncəsi Quran ayələrini dərketməkdə çox fərqlidir. Quranın həqiqət və dərinliyini başa düşmək peyğəmbər (s) və əhli-beyt (ə) üçün mümkündür və baxmayaraq ki, sadə və savadsız insanlarda öz istedad və dərrakələri qədər qurandan bəhrələnirlər. Deməli quranın həqiqət və reallığını dərk etməkdən ötrü gərək əhli-beytə (ə) müraciət edək, çünki onlar təfsir edənlər və elmdə dərin (qüvvətli) olanlardır.

″Dər pərtovi vəh″ cild. 1, səh. 88 və 90.