")
Tövbənin həqiqəti
General məsləhət
    Bəziləri belə güman edirlər ki, tövbənin həqiqət və reallığı ″Əstəğfirullahə Rəbbi və ətubu iləyh″ və ya ona oxşar digər sözlərdən ibarətdir, amma bu fikir səhvdir. Tövbə bir növ batinə aid olan bir həqiqətdir, bu cəhətdən ″Nəhcül-bəlağə″ kitabında zikr edilir, bir şəxs həzrət Əlinin (ə) hüzurunda ″istiğfar″ (günahlara qarşı tövbə etmə yəni, Əstəğfirullahə Rəbbi və ətubu iləyh) sözünü dildə zikr etdi, həzrət Əli (ə) təccüblənərək buyurdu:
″ثکلتک امک! اتدری ما الاستغفار؟″ 
«Anan matəmində otursun! tövbənin həqiqətinin nə olmasını bilirsənmi?» 
    Bu vaxt həzrət Əli (ə) tövbənin həqiqəti üçün altı şərt zikr edib buyurdu: Tövbənin həqiqətindən biri budur ki, insan etdiyi günahdan peşman olsun, özüdə real peşmançılıq olmalıdır. Peşman olan insan nəinki yenidən günahın ardıyca getməz, bəlkə günahının bağışlanmasını qəsd edir. Məsələn, əgər haram bir mal yeyibsə gərək o, malı öz sahibinə qaytarsın və onu razı etsin və bundan əlavə o, şəxsin əti və qanı haram mal ilə qarışdığına görə gərək elə bir iş görsün ki, haram tikə ilə qidalandığı nəticəsində çoxalan ətini aradan aparsın. Bəzən müşahidə olunur ki, mərasimlərin bəzisində bir şəxs uca və qəmli səslə şe`r yaxud bir dua oxuyur və ya təhrik edici sözlər deyir insanların hissiyatını təhrik edir, yavaş-yavaş onlar göz yaşı tökür, şiddətlə ağlayır və kədərlənirlər. Amma mərasim sona çatdıqdan sonra necəki o mühitdən xaric oldular və bəzəndə məclisin daxilində yenidən digər şəxslərin qeybətini edir və töhmət vurmağa başlayırlar, sonra isə deyir mənəvi mərasim idi və biz fayda apardıq! yəni çoxlu göz yaşı axıdıb və kədərləndik. Amma bu kədər əsəblərin qəmidir, əgər məddahlıq edən şəxsin səsi yaxşı olmasaydı mümkündür onunda gözündən əsla yaş axmayıb və yorğunluqa düçar olsun. Tövbə etmək bu deyil, tövbə ruhun dəyişilməsi və inqilab olmasıdır. Tövbə edən o, şəxsidir ki, onun tövbə etməsindən öncə və sonrakı hərəkət və əməlində fərqlənmə olsun. Tövbə etməmişdən əvvəl nəfsi şəhvətlərin ixtiyarında olub və Allahın rəhmtindən uzaq idi, amma tövbə etdikdən sonra dəyişilib və Allahın rəhmətinə dahada yaxınlaşır, daha günah etməz və əgər etmiş olsada qəmgin olar. Quran və hədislərdə ″Nəsuh″ yəni ″xalis″ tövbə etməyə işarə olunubdur. Allah Quranda buyurur:
«یا أیها الذین آمنوا توبوا إلی الله توبة نصوحاً»
«Ey iman gətirənlər! Allaha tövbə edin, xalis bir tövbə» ″Təhrim, ayə, 8.″
Tövbə, insanda batin və ruhun dəyişilməsi və inqilabı deməkdir, nəinki təkcə dua və məddahlıq mərasimində iştirak edib və hissiyatların təhriki nəticəsində ağlamaqdır. Əlbəttə, biz hər növ mərasimlə zidd deyilik, çünki bəzən bir dua mərasimi mümkündür insanın ruhunun əvəz və inqilab olunmasına səbəb olsun, amma o ki, gərək bilinsin bundan ibarətdir ki, bu cür mərasimlər bir işdir və tövbənin həqiqəti isə ondan tam ayrı olan bir işdir. 
″Vəhyin şüasın″da kitabı, cild. 2, səh, 226-228.
Həzrət Ayətullah əl-üzma Musəvi Ərdəbilinin bəyanından bir qisməti: