")
İslam Dövləti
tarixi hesabatları

Mən o, zaman (Yəni, inqilab qələbə etməmişdən öncə) Allahı şahid tuturam, bu eşqlə yaşayırdım və bu səbəblə fəryad edirdim ki, gərək respublika rejimi (quruluşu) olsun və təmtəraqlar kanara qoyulsun. Geyim, vəziyyət, ev və yaşayış cəhətdən olan bu təbəqələr (siniflər) ki, camaatı biri-birindən ayırıb, az bir hissəsini cənab (mülkədar) və çox hissəsini isə kasıb və bədbəxt edibdir bu məsafə gərək aradan götürülsün. Həzrət peyğəmbərin (s) zamanı kimi, ″Mədinə″ şəhərində əgər bir dəstə ac olsaydılar, peyğəmbər (s) hamıdan daha ac idi. Mədinə şəhərində camaat əgər sadə paltar geyinirdilərsə, həzrət Əli (ə) hamıdan daha sadə paltar geyinərdi. Əgər camaatın xorəyi adi idisə, həzrət Əlinin (ə) xorəyi hamıdan daha adivə sadə olardı. Həzrət Əlinin (ə) xorəyi hamıdan adi, paltarı hamıdan daha sadə və köhnə olardı. Biz respublika sayılan rejimi (dövləti) on dörd əsr camaata bu cür tanıtdırmışıq.

 Dedik ki, Zerar ibn Zümrə Muaviyənin hüzuruna gəldi və Muaviyə ona dedi:

«یا ضرار! صِف لِی عَلِیاً»

    Ey Zirar! ″Əlidə (ə) olan sifətləri (xüsusiyyətləri) mənə nəql et″. Zirar dedi: Ey Müaviyə, mən qorxuram Əlinin (ə) adını çəkəm və Əlini (ə) tərif edəm ki, sənin pərişanlıqına səbəb olsun və məni əziyyət edəsən. Müaviyə dedi: Sən amandasan. Zirar məşhur xütbəni oxudu:

یا معاویه! کان والله فینا کاحدنا.....

  Ey Müaviyə! Əli (ə) bizimlə idi, bizim kimi idi, Əlinin (ə) səsi bizim səsimizdən daha aşağı olardı, Əlinin (ə) paltarı bizim paltarımızdan daha sadə idi, Əlinin (ə) xorəyi bizim xorəyimizdən daha adi idi, hamımızdan daha çox iş görərdi və hamıdan daha az mənfəət aparardı. Ey Müaviyə! And olsun Allaha həzrət Əli (ə) işləri böləndə ən çətin işləri özü götürərdi, amma payını götürən zamanda isə ən az pay və hissəni özünə ayırardı. Biz ki, deyirdik İslam dövlətini gətiririk yəni bunu gətirrik.

 

Həzrət Ayətullah əl-üzma Musəvi Ərdəbilinin danışıqı.

İyun ayı, 1981, ″İrşad″ hüseyniyyəsi.