")
Qum şəhərinin “Ə`zəm Məscidində” Ayətullah əl-üzma Musəvi Ərdəbilinin ehtiram və yad etmə məclisi:
12/10/2017

    Ayətullah əl-üzma seyid Əbdül-Kərim Musəvi Ərdəbilinin vəfatının il dönümü ilə bağlı Qum şəhərinin “Əzəm Məscidində” böyük müctəhidlər, alimlər, dini tələbələr, universitet məllimləri, inistut tələbələri və camaatın müxtəlif təbəqələrinin hüzuru ilə məclis təşkil edilmişdir. Bu məclisdə Sübhani, Şübeyri Zəncani, Cəvadi Amuli, Nuri Həmədani və Ələvi Gorgani kimi müctəhidlər iştirak etmişlər. Həmçinin məclisdə elmi hövzələrin ali şurasının katibi Ayətullah Müqtədayi, Ayətullah Əmini, Ayətullah Hüseyni Buşehri və Ayətullah Mir Məhəmmədinində hüzuru olmuşdur. Bundan əlavə Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani, höccətul-islam vəl müslimin seyid Əli Xumeyni, Sistani, Təbrizi, Məkarim Şirazi, Haşimi Şahrudi kimi müctəhidlərin tərəfindən nümayəndələr və Came Müdərrisinin üzvləri, Qumun elmi hövzələrindən bir sıra alimlər və digər şəxslərində iştirakları olmuşdur. Məclisdə höccətul-islam vəl müslimin Fazil Kodkunini söhbət edib və məddahi etmişdir. Höccətul-islam vəl müslimin Fazil Kodkunini bu məclisdə Ayətullah əl-üzma Musəvi Ərdəbilinin bütün elmi əsərlərinin nəşr edilməsini tələb etmiş və həmçinin qeyd etmişdir ki, rəhmətlik Musəvi Ərdəbili hər hansı bir məqamda fəaliyyət gösdərmişdirsə çox dəyərli xidmətləri olmuşdur. O, həmçinin qeyd etmişdir ki, rəhmətlik Ayətullah əl-üzma Musəvi Ərdəbili dini müdafiə edən, həmçinin cəmiyyətdə təsir göstərən müctəhidlərdən biri olmuşdur. Sonra demişdir: Rəhmətlik Ayətullah əl-üzma Musəvi Ərdəbilinin fərqlənmə və məqsədinə nail olmasından biri bu idi ki, həm Qumun elmi hövzələrin ustadlarından və həm də Nəcəfin elmi hövzələrinin bərəkətindən bəhrə aparmışdır. Həzrət Ayətullah əl-üzma Musəvi Ərdəbilinin vəfatının il dönümü münasibəti ilə bağlı keçirilən məclisdə xütbə edən şəxs Müfid mədrəsəsinin təşkil olunması, Əmirəl-möminin (ə) adına olan xeyriyyə idarəsi, Kanuni-Tovhid, elmi hövzənin qurulması və təfsir dərslərinin keçirilməsini bu şəxsiyyət və müctəhidin xidmətlərindən bəzisi kimi saymışdır. O, demişdir: Rəhmətlik Ayətullah əl-üzma Musəvi Ərdəbili müxtəlif yerlərdə əmanətli məşvərətçi, mütləq nəzər sahibi və inqilabın böyük Rəhbərinin bir növ qüdrət və qüvvəsi olmuşdur. Məclisin xütbə edəni yenə buyurmuşdur: Belə xidmət göstərən bir alim və müctəhid heç vaxt olməyibdir və onun əsərləri və xidmətlərindən istifadə olan zamana kimi o, diridir və qəlblərdə olacaqdır.