")
Həzrət Ayətullah əl-üzma Şübeyri Zəncaninin həzrət Ayətullah əl-üzma Musəvi Ərdəbili ilə yetmiş illik dostluğunun rəvayəti:
1/31/2017

Qumun «Tabnak» müxbirinin məlumatına əsasən, həzrət Ayətullah əl-Üzma Musəvi Ərdəbilinin oğlu höccətul-İslam vəl Muslimin seyyid Əli Musəvi Ərdəbili  Ayətullah əl-Üzma Şübeyri Zəncaninin ofisində hüzur taparaq müctəhid ilə görüşüb söhbət etmişdir. Ayətullah Şübeyri Zəncani həzrət Ayətullah əl-Üzma Musəvi Ərdəbilinin vəfatını yenidən onun oğluna  başsağlığı verib bəyan etmişdir: Həzrət imam zamanın (ə.c) nəzəri bizim hamımızın üzərindədir. Bu müctəhid, mərhum Ayətullah əl-Üzma Musəvi Ərdəbilinin mənəvi məqaminı tərifləyib xatırlamışdır: Bu dünya qalmaq məkanı deyil, hətta peyğəmbərlərdə bu dünyadan getmişlər, amma  önəmlisi bundan ibarətdir  ki, insan dünyanı əli dolu tərk etsin. O, söhbətinin davamında buyurmuşdur: İnsan cəmiyyət arasında elə yaşamalıdır ki, dünyasını dəyişdikdə onu tanıyan şəxslər onun haqqında “La nələmu minhu illa xəyra”  (yəni, o şəxsdən xeyirdən başqa ayrı bir şey bilmirəm)  sözünü desinlər. Bu dünyada ilahi övliyalar ilə öz əlaqəmizi möhkəm etmək lazımdır.  Həmd olsun Allaha ki, ağaye Musəvi Ərdəbili qeyd edilən bütün şərtlərə malik idi və onu tanıyan bütün şəxslər onun böyük bir şəxsiyyət olmasına şəhadət verirdilər. Ayətullah əl-Üzma Şübeyri Zəncani bəyan etdi: Allahın bir ruhaniyə olan neməti bundan ibarətdir ki, Allah ilə onun rabitəsi möhkəm olsun. Elmi və ictimayi məqamların xüsusi yeri var, amma  insanın özünə səmərəli olan mətləb onun mənəvi rabitəsi və camaata xidmət göstərməsidir. O, Ayətullah Musəvi Ərdəbilinin oğlunun müvəffəq olmasını istəyərək buyurmuşdur: Ruhani bir şəxsin evində digər bir ruhaninin böyüyüb tərbiyə tapması  bir növ üstünlük və nemətdir  əks təqdirdə  o, ruhaninin evi hər nə qədər əzəmətli olmuş olsada  yoxluq kimi bir şey olar. Sizində işlərinizdə yüksək dərəcədə müvəffəq olmağınıza ümüdüm var və həmçinin onun razılığınızı əldə etməyiniz bu özü nemət və böyük bir müvəffəqiyyətdir.  Ayətullah əl-Üzma Şübeyri Zəncani o, mərhum müctəhidlə qədim zamandan dost olmağına işarə edib qeyd etmişdir: Mərhum Ərdəbili buyururdu,  mərhum Ayətullah Burucerdi Qum şəhərinə gəldiyi ildə oda Qum şəhərinə gəlmisdir. Nəql edirdi ki, Qum şəhərinə gəldiyim vaxtda kiçik yaşlı bir seyidin kitabxanada  kitab oxumaqla məşğul olmasını gördüm. Mən mərhum Ərdəbilidən soruşdum: O, seyid kim idi? Mərhum Ərdəbili dedi ki, siz idiniz. Mənimdə mərhum Ərdəbiliyə Qum şəhərinə gəldiyi ilk gündən bağlılıqım (rəğbətim) oldu və yetmiş ildən artıq olardı ki, onunla dostuluğumuz var idi.