")
Ətraf mühitin Quran baxımından mövzusuna aid olan elmi həftəliyin ilikin toplantısı mərhum həzrət Ayətulllah əl-Üzma Musəvi Ərdəbilinin  ofisində höccətul-islam vəl müslimin Səid Rəhainin söhbəti ilə təşkil olunmuşdur:
1/22/2017

Bu elmi toplantıda  ətraf muhitin (ekologiya) haqqında «Səba» surəsinin ayələrinə əsasən Quranın nəzəri araşdırılmışdır.

Toplantının xülasəsi:

1. Yaşıllıq və abad bir mühitdə yaşayış məkanını seçmək.

2. Allahın verdiyi əsil nemətlərindən normal formada (ifrat və təfrit olmadan) fayda aparmaq.

3. Allahın təbii və əsil formada verdiyi nemətlərin qarşısında şükür etməyin vacib olması.

4. «Bəldətun Təyyibə» və «Rəbbun Ğəfur» sözləri bu mənayadır ki, şəhərin və yaşayış yerinin abad olması Allahın bağışlanması ilə birdir.

5. Təmizliyə baxmaq, yetimlərə kömək etmək, ədalətə riayət etmək və Allahın əta elədiyi nemətlərdən istifadə etdikdə israf etməmək Bəldətun Təyyibəyə çatmağın şərtlərindəndir.

6. Şükür etmək, yəni neməti və nemətləri verən şəxsi tanımaq və

 həmçinin nemət verənin müəyyən etdiyi yerlərdə istifadə edilməsi deməkdir.

7. Hər bir şeyin üzərində fikirləşməklə yüksən bir mənaya əl taparsa ona ayə deyilir.

8. Ayə sözünün lazımlığının bir mənası fikirləşmə və düşünmə mənasınada dəlalət edir.

9. Küfrün mənalarından biri naşükürlük mənasınadır.