")
Həzrət Ayətullah əl-üzma seyid Əbul-Kərim Musəvi Ərdəbilinin vəfatının qırxıncı günü münasibəti ilə Camaran hüseyniyyəsində keçirilən məclisdə Ayətullah Haşimi Rəfsəncani buyurmuşdur:
12/30/2016

   Ayətullah Haşimi Rəfsəncani, Ayətullah Musəvi Ərdəbilinin hər bir dövrdə öz vəzifəsini yerinə yetirməsi bəyan edərək demişdir: Mərhum Ayətullah Ərdəbili o, dövrdə böyük bir sığınacağ olmuşdur, sağlam yaşamış, təvazokar olmuş, diqqətlə danışardı və sizin fikrinizcə böyük şəxsiyyətlərdə olan hər hansı bir xüsusiyyət onda var idi. Camaranın muxbiri və məlumat bürosunun məlumatına görə, Ayətullah Haşimi Rəfsəncani Camaran Hüseyniyyəsində Ayətullah əl-üzma seyid Əbdul-Kərim Musəvi Ərdəbilinin vəfatının qırxıncı günü münasibəti ilə keçirilən məclisdə qeyd etmişdir: Ayətullah əl-üzma seyid Əbdül-Kərim Musəvi Ərdəbili mənim tanıdığım vaxtdan zamana uyğun öz vəzifəsini yerinə yetirirdi. Dövlət məsləhətini müəyyən edən idarənin rəisi xatırlatmışdır: Ayətullah Musəvi Ərdəbili İran islam inqilabının qələbəsindən öncə mübarizələrdə qabaqcıl bir şəxs idi. Sonra buyurmuşdur: Mübarizə başladıqdan sonra, sözü keçən və təsir qoyan böyük şəxsiyyətlərdən biri Ayətullah Musəvi Ərdəbili idi. Onun hərəkəti düşüncəli bir müəllim, savadlı, cəmiyyəti tanıyarıdı və göstərişlər verərdi ki, onun kanarında bir sıra xidmətlər etməyi də özünə vəzifə bilirdilər. O, buyurmuşdur: Ayətullah Musəvi Ərdəbili mübarizədən sonra Tehran şəhərinə gəldi və camaatın hidayəti üçün bir məscidi mərkəz olaraq onun ixtiyarında qoyuldu. Mübarizədə olan şəxslərin belə bir şəxsiyyətə ehtiyacı var idi və bizləri ki, həmlənin ilk sırasında qərar tapmışdıq mütləq formada ümüdümüzü ona bağlamışdıq. Mübarizənin axır aylarında ki, hər bir şey məlum olmuşdur, camaatı təşviq edən şəxslərdən biri mərhum Ayətullah Musəvi Ərdəbili idi ki, həmişə aksiyaların ilk önündə hərəkət edərdi. Ayətullah Haşimi Rəfsəncani iranın inqilabı qələbə çaldıqdan sonra Ayətullah Musəvi Ərdəbilinin yenə bütün məsələrdə ciddi formada hüzur tapmasına işarə edərək xatırlamışdır: Ayətullah Şəhid Mütəhhəri, Ayətullah Şəhid Behişti, Şəhid Bahünər, Ayətullah Musəvi və mənim təşkil etdiyimiz inqilab şurasının ilk beş nəfəridən biri o, idi ki, bizim nəzərimizə o, vaxt Ayətullah Musəvi Ərdəbilidə müctəhidlik şərtləri mövcud idi. Ayətullah Musəvi Ərdəbili inqilab şurasınada qarşıya çıxan mətləbləri çox yaxşı təhlil edirdi və inqilabın üzvləri üçün möhkəm bir dayaq idi. O,davam etdirmişdir: Konstitusiyanın işləri çox mühüm idi, əlbəttə hüquq alimləri bir mətn hazır etmişdirlər ki, inqilab şurasına gəldikdə çətin bir iş idi və inqilab şurası diqqətlə araşdırıb islah etdikdən sonra heç səhv tuta bilməyib onu təsdiq etdilər və Ayətullah Musəvi Ərdəbilinin orada mühüm rolu olmuşdur. Həqiqətən yaxşı qanundur, amma bir müddətdən sonra dünyanın bütün konstitusiyaları dəyişildi və bizdə bu işi görməli idik. Rəhbərliyin ekspertlər məclisinin üzvü demişdir: O, zamanlar Ayətullah Musəvi Ərdəbili bizim aramızda bir iksir, çox əxlaqlı və səbiri şəxsiyyətlərdən biri idi və həmin müddətdə radikal şəxslərin olmasına baxmayaraq, Ayətullah Behişti və Ayətullah Musəvi Ərdəbili mütləq formada nəzarət edərək məhkəməni saxlayıb qorudular.  O, bəyan etmişdir: İmam Xumeyni günəşkimi saçırdı və hər vaxt bir problem qarşıya çıxırdı ona pənah aparırdıq, əlbəttə bunuda qeyd edək ki, imam Xumeyninin səviyyəsi çox yuxarı idi və bizlər başa düşürdük ki, onun dini ilə bizim kimi şəxslərin dininin arasında çox geniş fərq vardır. Və islam respublikası partiyasının partlayışı kimi hər böyük bir problem qarşıya çıxdıqda imam Xumeyninin hüzuruna gedərdik .  İslam respublikası partiyasının partlayışında çoxlu qüvvələri əldən verdik və  o, yerə qədər getdik ki, parlament qanuni olmaqdan ötrü yaralıları nasılka ilə gətirdik. Ayətullah Haşimi təkid etmişdir: Səda və simadan intizarımız bu idi ki, belə bir şəraitdə onun üçün mükəmməl bir proqram qərar verib və həyatının bir hissəsini nişan verərədi. Yaşadığı dövrdə də ona diqqətsizlər olmuşdu, imam Xumeynidən sonra gərək Tehranda qalıb öz işini məhkəmədə mükəmməl etməli idi amma Qum şəhərinə səfər etdi və onun getməsi ilə biz ziyan gördük. O, qeyd etmişdir: Əlbəttə Ayətullah Musəvi Ərdəbili Qum şəhərində bizə bir əsas idi və hər kim Qum şəhərinə gedirdi yəqin edirdi ki, hövzədə inqilabı qorumaq üçün bir dayaqdır. Amma ondan sonra bir sıra radikal şəxslər gördük ki, ona zülm etdilər və bunun qarşısına  Ayətullah Musəvi Ərdəbili nəsihətlər, yazıları və gördüyü işlər ilə bütün zamanda öz rolunu icra edib vəzifəsini yerinə yetirirdi.  Dövlət məsləhətini müəyyən edən idarənin rəisi demişdir: Əgər onun həyatının hissələrini qeyd etmək qərarı olunarsa, çox faydalı olardı camaat bilsinlər ki, hansı bir şəxsiyyəti itirdilər onun məhkəmədə ki, gördüyü metodu gərək davam edəydik. Bizim əsasımız bu idi ki, islama uyğun mühakimə edək, bugün belə deyil və gərək bir gün Ayətullah Musəvi Ərdəbili kimi bir şəxs həmin mənəviyyatla bu yolu dirildsin. O, bəyan etmişdir: Mərhum Musəvi Ərdəbili eyni zamanda ki, islam respublikası partiyasınının təsisçisinin üzvü idi, eliyə bildi ölkəni Bəni Sədr və onun ətrafına toplaşan şəxslərdən nicat versin. Bəni Sədrin rəqibi islam respublikası partiyası idi və Bəni Sədrin əyri getdiyi yollarının qarşısında iş görürdü. Həqiqətəndə o, zamanda fətva vermək üçün onun məlumatları kifayət edərdi, amma partiya səviyyəsində fəaliyyət göstərirdi və münafiq şəxslərin fitnəsindən və inqilabla zidd olan şəxslərin səylərinin qarşısını alırdı. Və onun köməkliyi ilə eliyə bildik fətva şurasında islam respublikası partiyasınının vəzifələrini yazaq. Ayətullah Haşimi qeyd etmişdir: O, zamanda Ayətullah Musəvi Ərdəbili böyük bir himayətçi idi, sağlam yaşadı, çox təvazokar, diqqətlə danışardı və böyük insanlarda olan hər hansı bir xüsusiyyət onda var idi.