")
New Esteftaat
Sual: İslam dini mükəmməl bir din olmaqla yanaşı, nə üçün qul və quldarlıq məsələsinə icazə vermiş və onun ləğv edilməsini e`lan etməyibdir?
cavab: İslamda quldarlıqa aid olan məsələnin həqiqətini dərk etməkdən ötrü, diqqətli olmalıyıq ki, bir şəxsin qul olmasından ötrü ən əsas və daha yayılan yol bundan ibarətdir ki, müsəlmanla qeyri müsəlmanın arasında olan müharibədə müsəlmanlara əsir düşmüş olsun və başqa yollardan bəzisidə sonda elə həmin bu yola qayıdırlar. Müharibə gedişatında müsəlmanlara əsir düşən bir şəxsin vəziyyəti barəsində aşağıda qeyd olunan dörd metoddan birinə icazə vermək olar: 1. Əsiri qətlə yetirmək. 2. Əsiri azad etmək. 3. Əsiri həbs etmək. 4. Əsiri qulluqa götürmək. Birinci və ikinci metod qətiyyən ağil sahiblərinin nəzərində təsdiq edilmir. Amma üçüncü metodun barəsində baxmayaraq ki, hal-hazırda qəbul ediləsi bir yoldur, lakin bu hökmün şəriət qanunu halına salındığı zaman mövcud şəraiti nəzərə almaqla qeyd etmək lazımdır ki, bu metod da yenə icra oluna bilməzdi. Çünki o vaxtlarda ölkələr şərait və maliyyə cəhətdən hazırkı vəziyyətə nisbət həddindən artıq zəif və çox məhdud idilər. Məsələn, müharibələrin və əsirlərin sayı çox olduğundan, əsirləri həbsdə saxlamaq, yaşayış yeri, yemək və paltarın təşkil edilməsi və həmçinin bir sıra şəxsləri onlardan gözətçi kimi olaraq təyin etməyin həddindən artıq xərcləri olduğuna görə onlar (ölkələr) üçün mümkün deyildir. Bu cəhətdən, ölkələr üçün yeganə qalan yol bu idi ki, əsir düşən şəxsləri ″qul″ ünvanı ilə öz vətəndaşlarının ixtiyarında qoysunlar, həm vətəndaşlar onların xidmətlərindən istifadə etsin və həm də onlar üçün yaşayış şəraiti yaratsınlar. Və həqiqətdə vətəndaşların bu işdə şərikliyi və iştirakı ilə əsirlərin saxlanılmasındakı çətinlik həll olmaqdan ötrü idi. Çünki əsirləri sırf saxlamaq və qarşı tərəfdən onlar üçün heç bir xidmət göstərilmədən qəti surətdə camaatın qarşılamaqlarına səbəb olmurdur. Bu metodun o, vaxtkı zamanda bütün millətlər arasında adi metod olmasından əlavə, müsəlman olmayan şəxslər də əgər müsəlmanlardan əsir götürsəydilər həmin qayda ilə onunla bu işi görərdirlər və ″qarşı tərəfin etdiyi kimi əməl etmək″ qanunu müharibə vaxtında ağıl sahibləri arasında qəbul olunmuş əsasdır. Başqa bir nöqtənidə bilməyimiz lazımdır ki, yaxşı bir qanun onun ideal bir qanın olması deyil, bəlkə yaxşı qanun o, qanundur ki, əvvəla icra olunmaq üçün qabiliyyəti (istedadı) olmuş olsun və ikincisi əgər ideal deyilsə cəmiyyəti ideal şərait və istənilən qanunverciyə tərəf yönəltsin. Misal olaraq məlumdur ki, hər bir qanunvericinin ideal vəziyyəti cəmiyyətdə zindan və məhbusun olmamasıdır, amma əgər bir qanunverici cəmiyyətin hazırkı şəraitində həbslərin aradan götürülməsi hökmünü versə, şübhəsiz bu qanun ağıl sahibləri tərəfindən bəyənilməyib və məzəmmət olunacaq və ona xatırladacaqlar ki, həbslərin aradan götürülməsini istəyirsə, cinayət və günahın baş verməməsindən ötrü gərək qanunlar təsis etsn ki, tədricən (özü-özlüyündə) zindanların ixtisara salınması şəraiti yaransın. İslam dininin ilk günlərində ″qullar″ cəmiyyətdə şəxslərin maddi baxımdan əsas sərmayələrindən sayılırdılar və əgər islam quldarlığı qəflətən (birdən) ləğv etmək istəsəydi, həddindən çox şəxslərin müqaviməti və müxalifətçiliyi ilə qarşılaşacaqdı və bu qanun əməldə məğlubiyyətlə üzləşəcəkdir. Daha aydın olmaqdan ötrü onu hazırkı zamanda olan məskən və mülkün (sahə, torpaq) şəraiti ilə ölçə bilərik. Qətiyyən, əgər dövlət hazırkı zamanda daha mülkün (ərazinin) alış-satışını şəxslərin vasitəsi ilə olmamasını qəflətən e`lan etmək istəsə və qeyd etsə ki, şəxslərin mülkiyyəti o, mülkə nisbət daha qanuna uyğun tanınmayacaq, camaatın əksəriyyətinin sərmayəsi həmin qanuna görə əllərindən gedəcək və həddən artıq onlar ziyana məruz qalacaqlar. Nəticədə bu qanun şəxslərin əksəriyyətinin müqavimətinə əsasən məğlubiyyətə məhkum olunacaqdır. [12:17 PM،‏ 2016/2/6] Hasan Poor: Əvvəldə qeyd olunan mətləblərə diqqət etməklə deyilir: Baxmayaraq, islam dini quldarlıq qanunu ilə müxalifətçilik etmədi və ona icazə verdi, amma əməl edilən vaxtda onun qıraqında bir sıra qanunlar qərar verdi ki, zaman (vaxt) keçdikcə qul və quldarlıq mövzusu aradan getdi və özü-özlüyündə ləgv olundu və elədə e`tiraz edən də olmadı. Elə bil ki, günahlardan çoxunun kəffarəsini qulları azad etməkdə qərar verdi. Və yaxud, öz sahibindən uşaq dünyaya gətirən qulluqçunun (kənizin) satışını qadağa e`lan etdi və sərəncam verdi ki, bu kənizin sahibi dünyasını dəyişdikdən sonra övladına atasından qaldığı mirasın hissəsindən azad edilsin. Əxlaqi göstərişlərlə camaatı qul olan şəxsləri azad etməyə təşviq etməkdən başqa bu iş üçün həddən artıq savabın (xeyirin) olmasını nizamladı və qul olan şəxslərin hüququna riayət edilməsi üçün, çoxlu qanunlar və icrası lazım olan göstərişlər qərar verdi. İslamın bu metodu ilə, Bir: Əsirlərin saxlanılmasının çətinliklərini aradan götürdü. İki: Əsirlərin müsəlman ailələrinin arasında olması onların (əsirlərin) islam ən`ənəsi ilə tanış olub və müsəlmançılığı qəbul etmələrinə səbəb oldu. Üç: Qanunun qarşısında həssaslıq və qarşı durma yaratmadı. Dörd: Əməldə zaman əsnasında qul və quldarlıq mövzusunun ləğv edilməsinə səbəb və qul olmayan ideal bir cəmiyyətin yaranmasına nail oldu. Həzrət Ayətullah əl-üzma Musəvi Ərdəbilinin hüzurundan edilən sual: