")
itaət
Mənəvi virtues Nasir Məkaryan

Tərbiyənin mühüm metotlarından biri nümunə metodudur, çünki tərbiyə olunan şəxsin rəftar və əxlaqının formalaşmasında nümunəvi şəxsin təsiri dəfələrlə digər məsələlərdən artıqdır. İslam da bu metoda həddən artıq əhəmiyyət vermiş və Quranda ayələrin bir qismi müxtəlif şəraitlərdə səlahiyyət və şəxsiyyətlərini nəzərə çarpdıraraq (büruzə verərək) diqqət mərkəzində dayanma haqqını sübuta yetirmiş monoteist (təkallahlı) və imanlarında sabitqədəm olan qadın və kişiləri tanıtdırmağa həsr olunmuşdur. Bu əhəmiyyət daşıyan məsələyə nail olmaq üçün müəllif qeydlərində fərdlərin itaət nümunələrini bəyan etmək məqsədini izləyir ki, ona diqqət yeritməklə düşüncə sahiblərində kamal və qurtuluşa doğru kiçik bir qapı açılsın.

Nasir Məkaryan

 

Səfvan ibn Mehran itaət nümunəsi

Səfvan ibn Yəhya imam Sadiq (ə) və imam Kazimin (ə) xüsusi səhabələrindən, xeyirxah şiə, ləyaqətli fəqih, inanılmış və etimad olunası ravilərdən biri olmuşdur. O, dəvə saxlayardı və səfərə gedən şəxslər üçün dəvələrini icarə verməklə məşğul idi. Elə buna görə, ona «Cəmmal» deyərdirlər.[1] Onun etimadlı ravilərdən sayılan Həssan ibn Mehran Cəmmal adlı qardaşı da var idi ki, Səfvan ibn Yəhyanın özündən daha diqqətli və məşhur idi.[2] Aşağıdakı hekayə Səfvanın imam Kazimin (ə) qarşısında müti olması və itaətinə dəlalət edir: Səfvan deyir:

"İmam Kazimin (ə) yanına getdim və mənə buyurdu: "Ey Səfvan! Bir işindən başqa, bütün işlərin yaxşı və gözəldir." Dedim: "Canım sizə fəda olsun o, iş hansıdır?" Buyurdu: "Bu şəxsə (Harun Ər-Rəşid) dəvələrini icarə verməyin." Dedim: "And olsun Allaha, mən dəvələri ona sevinmək (şadlanmaq), tüğyan (azğınlıq), nankorluq, eyş-işrət üçün verməmişəm, əksinə həcc ziyarətinə gedib onun əməllərini yerinə yetirmək üçün ona icarəyə vermişəm. Bir də mən özüm dəvələrlə birlikdə getmirəm, əksinə xidmətçilər onlarla birlikdə gedəcəklər." Həzrət buyurdu: "Ey Səfvan! Dəvələrinin kirayəsini Harun və onunla həmfikir olanların öhdəsində deyilmi?" Dedim: "Bəli, sizə fəda olum." Həzrət buyurdu: "Qəlbində istəmirsən ki, onlar səfərdən salamat qayıtsınlar və kirayəni versinlər?" Dedim: "Bəli." Həzrət buyurdu: "Hər kəs bu şəxslərin yaşamasını istəyərsə, onlardan sayılar və hər kəs onlardan sayılarsa, cəhənnəm odunun əhlindən olar."

Səfvan deyirki, həzrətin yanından ayrıldıqdan sonra dəvələrin hamısını satdım. Elə ki, Harun Ər-Rəşid dəvələri satmağımdan xəbərdar oldu, məni yanına çağırıb dəvələri satmağımın səbəbini soruşdu. Dedim: "Qocalmışam və xidmətçilər də dəvələrə yaxşı baxa bilmədiklərinə görə onları satdım." Harun dedi: "Vay sənin halına! Mən bilirəm sənə dəvələri satmağını kim deyibdir. Musa ibn Cəfər (ə) sənə bu işi görməyini tapşırıb." Dedim: "Mənim Musa ibn Cəfərlə (ə) nə işim var!" Harun dedi: "Mövzu haqda danışma, and olsun Allaha, əgər mənimlə münasibətin və dostluğun olmasaydı, səni qətlə yetirərdim."[3]

Səfvanın nəvə-nəticələrindən biri Məhəmməd ibn Əhməd ibn Abdullah ibn Qüzaət ibn Səfvandır. Bu şəxs şiə aləmində "Səfvani" ləqəbi ilə tanınmış böyük şəxsiyyətlərdən, etimadlı fəqih, inanılmış ravi və həmçinin Şeyx Müfidin ustadlarından biri olmuşdur. Təhsil almayan bir şəxs kimi qeyd edilməsinə baxmayaraq, çoxlu sayda kitab sahibi olmuş və bütün mətləblərini yaddaşında saxlayıb yazı formasında digərlərinə izah etmişdir.[4] Səfvani şirin dilli (gözəl danışan), itizehinli və çox savadlı bir şəxs imiş. Səfvani və Nömani (Əbu Əbdillah Məhəmməd ibn İbrahim Nömani) o şəxslərdəndir ki, Məhəmməd ibn Yəqubun qələmə aldığı "Usuli-kafi" kitabının sənədi onlarla yekunlaşır. Elə buna görə də, "Usuli-kafi" kitabının çox yerində hədisi qeyd etdikdən sonra, onun sənədində Səfvanın adı çəkilir.[5]

Səfvani o vaxtkı hakim və əmirlərin yanında yaxşı mövqeyə malik idi. Onun yüksək rütbəli olmasına səbəb bu idi ki, bir gün Səfvani Mosul şəhərinin sünni əhlindən olan qazisi ilə şəhərin əmiri İbn Həmdanın hüzurunda imamət mövzusu haqqında mübahisə edirdi. Mübahisənin davamında Səfvani şəhərəin qazisinə onunla bu məsələ haqqında mübahələ (nifrin etməyə) və and içməsini tələb etdi. Qazi bu işin səhərə qalmasını istədi. Səhəri gün Səfvani və Mosul şəhərinin qazisi nifrin edib and içməyə hazır oldular. Səfvani əlini qazinin əlinin içərisinə qoyub nifrin etdikdən və and içdikdən sonra onlar məclisdən ayrıldılar. Mosul şəhərinin qazisi hər gün əmir İbn Həmdanın sarayında olardı, amma o günü və onun səhəri sarayda görsənmədi. Əmir qazidən ona bir xəbərin gətirilməsini əmr etdi. Əmirin göndərdiyi şəxs saraya qayıdaraq dedi. Qazi mübahələ (nifrin etdikləri) günü Səfvanınin hüzurundan and içib qayıtdıqdan sonra qızdırmağa başlayır və and içdiyi gündə Səfvaninin əlinin tutduğu əli şişərək qaralır və səhəri günü vəfat edir. Bu xəbər camaat arasında və əmirlərin arasında yayıldıqdan sonra Səfvaninin onların yanında hörməti və mövqeyi artır.[6]

 


[1]Nəcaşi Əhməd, «Ricali-Nəcaşi», "Müdərrisin" nəşriyyatı, səh, 198, 525 ci hədis.

[2]Nəcaşi Əhməd, «Ricali-Nəcaşi», "Müdərrisin" nəşriyyatı, səh, 147. 381-ci hədis.

[3]Tusi Məhəmməd ibn «Həsən İxtiyari mərifət əl-Rical», (Ricali-Kəşşi) səh, 441. 828-ci ədəd.

[4]Tusi, Məhəmməd ibn Həsən, «Fehrest» kitabı, səh, 133, 588-ci h.

[5]Kuleyni, Məhəmməd ibn Yəqub, «Usuli-kafi», cild, 1, səh. 311, 1-ci hədis.

[6]«Ricali-Nəcaşi», səh 393, 1050-ci rəqəm.