")
Ə`yən sülaləsi vilayət və bilik xanədanı
Mənəvi virtues Nasir Məkaryan

Tərbiyənin mühüm metotlarından biri nümunə metodudur, çünki tərbiyə olunan şəxsin rəftar və əxlaqının formalaşmasında nümunəvi şəxsin təsiri dəfələrlə digər məsələlərdən artıqdır. İslam da bu metoda həddən artıq əhəmiyyət vermiş və Quranda ayələrin bir qismi müxtəlif şəraitlərdə səlahiyyət və şəxsiyyətlərini nəzərə çarpdıraraq (büruzə verərək) diqqət mərkəzində dayanma haqqını sübuta yetirmiş monoteist (təkallahlı) və imanlarında sabitqədəm olan qadın və kişiləri tanıtdırmağa həsr olunmuşdur. Bu əhəmiyyət daşıyan məsələyə nail olmaq üçün müəllif birinci qeydlərində Ə`yən sülaləsi vilayət və bilik xanədanı nümunəsini bəyan etmək məqsədini izləyir ki, ona diqqət yeritməklə düşüncə sahiblərində kamal və qurtuluşa doğru kiçik bir qapı açılsın.

Qum, Nasir Məkaryan

Bismillahir Rəhmanir Rəhim

″Ə`yən sülaləsi vilayət və bilik xanədanı″

   Şiə məzhəbində şərəfli sülalələrdən biri Ə`yən xanədanıdır ki, elmin müxtəlif o, cümlədən - etiqad, təfsir, hədis, qiraət, fiqh, şer və qramatika - sahələrində saysız həddə böyük şəxsiyətlər tərbiyə edib cəmiyyətə təqdim etmişdir.  Bu nəsil həmişə Əhli-beytdən (ə) himayə (müdafiə ) etmiş və onların dərin elmindən fayda apararaq şiə mədəniyyətinin genişlənməsi və əhli-beytin (ə) məktəb və fikirlərini yaymaqda səy və cəhd etmişdir.

   Bu xanədanın böyügü Rum əhlindən ″Ə`yən ibn Sünsün Şeybani″ adlı bir qul olmuşdur. O, ″Bəni Şeyban″ tayfası tərəfindən bir şəxsin vasitəsi ilə pulla alınıb və sonra həmiş şəxsin hüzurunda quran dərsini təhsil almışdır. Və bir müddət keçdikdən sonra həmin şəxs onu azad edib və ″Şeybani″ ləqəbi ilə o qəbiləyə mənsub olunmuşdur.  Ə`yənın atası ″Sünsün″un bioqrafiyası (əhvalatından) barədə çoxda elə bir məlumat əldə yoxdur, sadəcə onun ″Rum″ ölkəsində rahib (ibadədkar) bir şəxs olması qeyd       edilibdir. (1)                                                                                        

   Ə`yənin çoxlu sayda öğlan övladları olmuşdur və onlardan hər birisi öz zananında alim və savadlı bir şəxs kimi tanınmışdır və bəziləri bunlardan ibarətdir:

1-Zürarə ibn Ə`yən 2- Hümran ibn Ə`yən 3- Əbdur Rəhman ibn Ə`yən 4- Əbdul Məlik ibn Ə`yən 5-Bükeyr ibn Ə`yən 6- İsa ibn Ə`yən. Adlarını zikr etdiyimiz şəxslərin hər birisinin ayrılıqda çoxlu sayada bilikli (savadlı) övladları olmuşdur ki, nümunə olaraq ″Zürarə ibn Ə`yənin″ övladlarının adlarını qeyd edirik: 1-Rumi ibn Zürarə 2- Abdullah ibn Zürarə 3- Yəhya ibn Zürarə 4- Həsən ibn Zürarə 5- Hüseyn ibn Zürarə 6- Übeyd (Ya Əbid) ibn Zürarə. 

   Həmçinin, Bükeyr ibn Ə`yənin övladları bunlardır: 1- Abdullah ibn Bükeyr 2- Cəhm ibn Bükeyr 3- Əbdulhəmid ibn Bükeyr 4- Əbdul ə`la ibn Bükeyr 5- Zeyd ibn Bükeyr 6- Əmr ibn Bükeyr. Əvvəldə, Ə`yən nəslinin böyüklərinin sayı baxmayaraq ki, çox idi və yaşadığları zamana uyğun imam Səccadın (ə) vaxtından həzrət imam Zamanın (ə.c) qeybə çəkildiyi vaxta qədər bu parlaq şəxslərin hüzurundan faydalanmış və onların şərəfli hədislərin nəşrində cəhd etmişlər. Amma təəssüflər olsun ki, zaman keçdikcə qəflətən (diqqəti cəlbedərək) onların alim və mütəfəkkirlərinin sayı azaldı və təqribən dördüncü əsrdə çox az saydan ibarət artıq qalmamışdır. 

   Hicri qəməri tarixinin 285 ci ilində doğulub və 368 ci ildə vəfat edən bu xanədanın şəxslərindən biri, ″Əhməd ibn Məhəmməd ibn Məhəmməd ibn Süleyman ibn Həsən ibn Cəhm ibn Bükeyr ibn Ə`yən ibn Sunsun″dur. O, Əbu Ğalib Zürari ləqəbi ilə tanınmış və öz zamanın məşhur və böyük şəxsiyyətlərindən biri sayılmışdır. O, şeyx Müfidin şagirdlərindən biri olmuş və çoxlu sayda kitablar yazmışdır. Onun yazdığı kitablarından biri nəvəsinə yazdığı kitabdır ki, orada Ə`yən sülaləsindən olan şəxslərin adlarını tanıtdırmışdır. Amma bu xüsusiyyətə baxmayaraq şiənin ″Rical″ elmində məşhur olan Nəcaşinin vaxtında Əbu Ğalib Zürarənin nəsli kəsildi və onun nəsli yalnız oğlunun qızı tərəfindən qalmışdır. (2)

   Ə`yən xanədanıında olan şəxsiyyətlərin yaşayışını (bioqrafiyasını) tanıtdırmaq üçün çox geniş bir zamana ehtiyac olduğuna görə, biz bu məqalədə yalnız ″Hümran ibn Ə`yən″ın şəxsiyyətini tanıtdırmağa başlayırıq və Ə`yən sülaləsindən olan digər alimlərin həyatı ilə tanış olmağı isə digər yazılara yönəldirik. 

″Hümran ibn Ə`yən″ imam Səccad (ə) zananını dərk etmiş və əhəmiyyətli ravilərdən biri olmuşdur. O, imam Baqir (ə) və imam Sadiqin (ə) həmişə hüzurunda olmuş və onlardan çoxlu elmlər istifadə etmişdir və bu cəhətdən o həzrətlərin (ə) nəzərində yüksək bir mövqeyə çatmış və hətta onların səhabələrindən biri hesab edilmişdir. (3)

   Aşağıda qeyd edəcəyimiz iki nümunə bu ravinin şəxsiyyətinin yüksək məqam sahibi olmasını bildirir:

1- Hümran deyir: İmam Baqirə (ə) dedim: ″Mən sizin hüzurunuzdan suallarımın cavabını almayınca ″Mədinə″ şəhərindən Kufəyə qayıtmayacağımı Allah ilə əhd-peyman bağlamışam. İmam Baqir (ə) buyurdu: Sualınız nədir? Dedim: Mən sizin şiələrinizdən biri sayılıram? İmam (ə) buyurdu: Bəli sən dünya və qiyamətdə bizim şiələrimizin zümrəsindən (dəstəsindən) olacaqsan. (4)

2- İmam Sadiq (ə) buyurur: «Hümran cənnət əhlindən olan bir şəxsdir». Digər bir rəvayətdə belə buyurur: «Hümran ibn Ə`yən elə bir mömin şəxsdir ki, and olsun Allaha heç vaxt mürtəd (dinsiz) olmayacaq» (5) 

   Onun mühəddis, fəqih, mütəkəllim (e`tiqadcı) olmağından əlavə, lüğət və qramatika elmində də məlumatı var idi. Quran qiraəti sahəsində xüsusi (məxsus) hünəri (məharəti) olmuş, elə bu cəhətdən onun adı qiraət kitablarında qarilərin sırasında qeyd olunubdur. Və ″Qürrai səb`ə″ (yeddi qarilər) dən biri olan ″Həmzə ibn Həbib″ onun hüzurundan istifadə etmişdir. (6)  Hümran həzrət peyğəmbərin (s) ″tabeinlərin″dən biri sayılır, çünki həzrət peyğəmbərin (s) axırıncı səhabəsi olan ″Əbil-Tüfeyl″dən hədis nəql edibdir. (7)

   O, e`tiqad sahəsinə aid olan mübahisədə məharətli bir şəxs olmuşdur. Və məsumlardan (ə) nəql olunan rərayətlər və rəylər (nəzərlər) barəsində öz dostları ilə  mübahisə edərmiş və müzakirə etdiyi müddətdə cəhd edərmiş ki, məsumların (ə) rəvayətləri və onlardan öyrəndikləri mətləblər digər məsələlər ilə qarışmasın. Və əgər mübahisə etdikləri şəxslər digər məsələləiri qeyd etməyə təkid etsəydilər bu vaxt özünü mübahisədən ayırıb və müzakirəni tərk edərdi. (8)

   O, imam Sadiq (ə) təklifi ilə ″Hişam ibn Salim″, ″Mömini Taq″ və ″Qeys ibn Masir″ kimi şiənin digər böyüklərindən olan bir neçə şəxslərlə birlikdə, şam şəhərindən gələn şəxslə elmin ayrı-ayrı müxtəlif sahələrində mübahisə etdilər və Hümran şamdan gələn şəxslə diqqətlə mübahisə edib ona qalib gəldi. Müzakirə sona çatdıqdan sonra, imam (ə) Hümrana buyurdu: Ey Hümran! ″Mübahisə və sözlərinin əsasını (kökünü) hədislər (rəvayətlər) ilə başlayırsan buna görədə müzakirələrində qalib gəlirsən″. (9) 

İmam Sadiq (ə) vaxtında şiə məzhəbindən müdafiə edən bu şəxs, təqribən hicri qəməri tarixinin 130 cü ilində vəfat etdi. (10) Hümranın vəfatından sonra, tədbirlərin birində imam Sadiqin (ə) hüzurunda ondan yad edildi, imam buyurdu: «And olsun Allaha o, mö`min olaraq vəfat etdi». (11) 

   Hümran ibn Ə`yənin adı ″Əhli-sünnən″in ″Rical″ kitablarında da qeyd olunub və onlardan bəziləri onu tərif etmiş və bəziləri isə ondan şiə məzhəbli və rafizi bir şəxs olmasını deyib məzəmmət etmişlər. (12) Hümran ibn Ə`yən İmam Səccaddan (ə) nəql edir: Çirkin və bulanmış yerdən əldə etdiyin ″zümrüdü″ kiçik sayma, necəki atam, atası həzrət Əlidən (ə) belə nəql edir: Hikmət sözü münafiq şəxsin sinəsində qaynayar və xaric olub öz yerində qərar tapar, deməli münafiq şəxs danışıb və ağzından çıxdığı sözü mö`min şəxs eşitdikdən sonra sürətlə təhlil edib ondan istifadə edər. (13)

 

İstifadə edilən mənbələr:

(1) Müraciət edin: Tusi, Məhəmməd ibn Həsən, ″Fehrest″ ″mənşurati şərif rəzi″ qum intişarı, səh. 74, ədəd. 302.

 (2) Nəcaşi, Əhməd ibn Əli, ″Rical Nəcaşi″, ″camei müdərrisin″ intişarı, səh. 84, ədəd. 201.

 (3) Tusi, Məhəmməd ibn Həsən, ″Rical Tusi″, səh. 117, ədəd. 41; həmçinin səh. 181, ədəd. 274; Tusi, Məhəmməd ibn Həsən, ″İxtiyari mərifətil rical″ (Ricali Nəcaşi), məşhəd universiteti intişarı, səh. 10, ədəd. 21.

 (4) ″Ricali Kəşşi″, səh. 176, ədəd, 303.

(5) ″Ricali Kəşşi″, səh. 176, ədəd, 304.

(6) Ağa bözorg Tehrani, ″Əz-Zəriə ila Təsanif əş-şiə″, cild. 2, səh. 12, ədəd, 38.

(7) Sübhani, Cəfər, ″Müəssisəti təbəqatil-füqəha″, imam Sadiq (ə) müəssisəsinin intişarı, cild. 1, səh. 330-333, rəqəm, 123.

 (8) ″Ricali Kəşşi″, səh. 179, ədəd, 310.

 (9) Küleyni, Məhəmməd ibn Yəqub, ″Kafi″, cild. 1, səh. 171-173, hədis, 4.

 (10) ″Rical Kəşşi″, səh. 161, ədəd. 270, ″müəssisəti təbəqatil füqəha″, cild. 1, səh. 333.

 (11) Hilli, Həsən ibn Yusif, ″Xülasətul əqval fi mərifəti ər-Rical″, islam müəssisəsi intişarı, səh. 134-135, ədəd, 361.

 (12) Zəhəbi, Məhəmməd ibn Əhməd, ″Mizan əl-etidal fi nəqdil-rical″, cild. 1, səh. 604, ədəd, 2292; Əsqəlani, Əhməd ibn Həcər, ″Təhzib-əl-Təhzib″, cild. 2, səh. 18, ədəd, 1785.

 (13) Tusi, Məhəmməd ibn Həsən, ″Əmali″, səh. 625, ədəd, 1291.